Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 21:42

Rusiya ‘qırmızı siyahı’ya salınır


Moskvada boş fan-zona
Moskvada boş fan-zona

Braziliyanın 213 milyonluq əhalisinin yalnız 12 faizinin tam peyvənd olunduğu bildirilir

Şərqi Sibirdə Buryatiya Respublikasında koronavirusun yayılmasını önləmək üçün lokdaun elan olunub. Fransa isə Rusiyanı səyahətin kəskin məhdudlaşdırıldığı ölkələrin “qırmızı siyahı”sına salıb. Rusiyada hazırda COVID-19-a yoluxmalarda kəskin artım var.

Buryatiyada lokdaun iyunun 27-də başlanacaq və iki həftə çəkəcək. Ərzaq mağazaları və aptekləri çıxmaqla vacib sayılmayan bizneslər bağlanır. Qadağalarla bağlı detallı informasiya iyunun 24-də açıqlanacaq.

Bu ay Rusiyada COVID-19 yoluxmaları kəskin artıb. İyunun əvvəlində gündəlik yoluxma sayı 9 min idi. İyunun 18-də 17 mini keçib. Bir sıra regionlarda karantin tədbirləri sərtləşdirilir.

Fransanın şərtləri

Moskvanın meri Sergey Sobyanin həftənin əvvəlində açıqlanmış qadağaları iyunun 29-dək uzadıb. O, Avro 2020 fan zonanın bağlandığını, min nəfərdən adamın bir araya gəlməsinin yasaqlandığını açıqlayıb.

Buryatiyada pandemiya başlanandan dəfələrlə lokdaun elan olunub. Noyabrda regionun qubernatoru vacib sayılmayan biznesləri iki həftəliyə qapadıb.

Rəsmi statistikaya görə, regionda pandemiyadan mindən çox ölüm, 42 mindən artıq yoluxma qeydə alınıb.

Fransa hökumətinin sözçüsü Qabriel Attal iyunun 23-də elan edib ki, Rusiya, Namibiya və Seyşel adaları 21 ölkənin olduğu qırmızı siyahıya salınır.

Hindistan, Cənubi Afrika və Braziliya da bu siyahıdadır. Həmin ölkələrdən Fransaya gedən peyvəndlənmiş şəxslər səyahətlərini əsaslandırmalı, neqativ test verməli, özlərini bir həftəlik təcrid etməlidirlər. Vaksin olunmayanlar isə 10 günlük karantinə alınacaqlar. Əks halda min (1194 dollar) avro cərimə olunacaqlar.

Braziliya

Braziliyada yoluxmalar yenidən artır, iyunun 23-də təsdiqlənmiş yoluxmalarda yeni rekord qeydə alınıb. 24 saat ərzində 115 mindən çox yoluxma aşkarlanıb.

213 milyon əhalinin yalnız 12 faizinin tam peyvənd olunduğu bildirilir.

Birləşmiş Ştatlar iyunun 24-də Braziliyaya 3 milyon doza Johnson & Johnson vaksini yollayacaq. Vaşinqton iyunun sonunadək digər ölkələrə 80 milyon vaksin ianə etməyə boyun olub.

J&J vaksini uzaq ərazilərdə effektiv vaksinasiyanı təmin etməkdə yardımçıdır, çünki birdozalıdır.

Avstraliyada isə bir nazirin COVID-19-a yoluxduğu, digərinin təcrid olunduğu bildirilir. Sidneydə vəziyyət pisləşməkdədir. Koronavirusun delta variantına bağlı yoluxmalardan dolayı pandemiya qadağaları sərtləşdirilir.

XS
SM
MD
LG