Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:56

Suriya: ABŞ və Rusiya arasında “təhlükəli” gərginlik yaranıb


John Kerry və Sergei Lavrov təcili mətbuat konfransı keçiriblər
John Kerry və Sergei Lavrov təcili mətbuat konfransı keçiriblər

Pentaqon və NATO bildiriblər ki, Rusiya təyyarələri İŞİD-i yox, prezident Assada qarşı döyüşən qərbyönlü qiyamçıların nəzarətində olan ərazini hədəfləyib

Pentaqon və NATO bildiriblər ki, Suriyada hava zərbələrinə başlayan Rusiya təyyarələri İŞİD-i yox, prezident Assada qarşı döyüşən qərbyönlü qiyamçıların nəzarətində olan ərazini hədəfləyib.

Talbise şəhəri Rusiya bombardmanından sonra
Talbise şəhəri Rusiya bombardmanından sonra

Rusiya müdafiə rəsmiləri Rusiya hərbi təyyarələrinin 20-dək reyd keçirdiyini bildirblər.

Lakin ABŞ bəyan edib ki, Rusiya Assad-a qarşı döyüşən, lakin İŞİD-ə daxil olmayan qiyamçıların nəzarətində olan ərazilərə zərbələr endirib.

NATO bunu da bildirir ki, Rusiya öz hava missisyalarını ABŞ koalisiyası ilə kifayət qədər əlaqələndirməyib. Moskva Vaşinqtona bombardmana bir saat qalanda xəbər verib.

Pentaqon bildirir ki, ruslar bu xəbərlə ABŞ-ın Bağdaddakı səfirliyinə gəliblər və Amerika təyyarələrinin Suriya üzərindəki uçuşları dayandırmasını istəyiblər.

ABŞ hərbiyyəsi bu tələbə əhəmiyyət verməyib və uçuşları davam etdirib.

Moskva şərti pozub

ABŞ-dan alınan xəbərlərdə deyilir ki, Rusiya qırıcı-bombardmançıları Homs və Hama əyalətindəki antihökumət qiyamçılarının olduğu ərazini vurub.

Suriya müxalifəti dinc əhali arasında ciddi tələfat olduğunu bildirir. ABŞ bu xəbərlər barədə hələlik heç bir şərh verməyib.

Su-24 qırıcı-bombardmançısı
Su-24 qırıcı-bombardmançısı

Bunun tam əksinə olaraq, Rusiyanın Müdafiə Nazirliyi İslam Dövləti adlanan təşkilatın kommunikasiyalarına, silah anbarlarına və yanacaq bazalarına zərbə endirildiyini bildirib.

Suriya müxalifəti bildirir ki, Rusiyanın hərbi təyyarələri Zəfərane, Rastan və Talbise qəsəbələrini bombardman ediblər və nəticədə 36 mülki şəxs həlak olub. Onların arasında uşaqların da olduğu xəbər verilib.

ABŞ dövlət katibi John Kerry bəyan edib ki, Birləşmiş Ştatlar Rusiyanın yalnız İD və əl-Qaeda mövqelərini hədəfləməsinə razılıq vermişdi.

ABŞ müdafiə naziri Ashton Carter də bildirib ki, Rusiya təyyarələri İD qruplaşmasının olmadığı yerləri vurub.

Rusiya ABŞ, Türkiyə, Səudiyyəyə qarşı

Məsələni mürəkkəbləşdirən budur ki, Rusiyanın vurduğu iddia edilən qruplaşmalardan bəziləri ABŞ və Türkiyə tərəfindən dəstəklənir. Bunların arasında Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənənləri də var.

Rusiyanın dövlət televiziyası Moskvanın “yenidən superqüvvə kimi dünya meydanına qayıtdığını” bildirən proqramlar yayınlayıb

Bu hücumlardan əvvəl Rusiya parlamenti Vladimir Putinə Rusiya qoşunlarından ölkə xaricində istifadə etmək icazəsi verib.

Lakin Putin Rusiyanın Suriyaya quru qoşunları göndərməyəcəyini bir daha vəd edib.

Rusiya prezidenti həmçinin bildirib ki, Bashar al-Assad-ın müxalifətlə danışıqlara başlayacağı gözlənilir.

Rusiyanın dövlət televiziyası Moskvanın “yenidən superqüvvə kimi dünya meydanına qayıtdığını” elan edən proqramlar yayınlayıb.

ABŞ dövlət katibi John Kerry hava zərbələri ilə əlaqədar Rusiya xarici işlər naziri Sergey Lavrova zəng edib və Vaşinqtonun narazılığını bildirib. O yaranmış vəziyyəti “son dərəcə təhlükəli” adlandırıb.

Kerry Obama ilə, Lavrov Putinlə danışacaq

Son saatlarda alınan xəbərlərə görə Sergei Lavrov və John Kerry BMT-də mətbuat konfransı keçiriblər.

Moskva və Vaşiqnton arasında əldə olunmuş razılaşmaya əsasən Suriya bütöv və dünyəvi ölkə kimi qalmalıdır

Cənab Lavrov bildirib ki, Rusiya və ABŞ hərbçiləri “mümkün qədər tezliklə” Suriyadakı vəziyyəti müzakirə etmək üçün görüşəcəklər.

John Kerry əlavə edib ki, bu danışıqlar sabah (bugün) keçirilə bilər.

O deyib ki, Lavrovla bir sıra məsələləri müzakirə edib və indi Lavrov təcili olaraq Moskvaya, Putinlə, onun özü isə Vaşinqtona Barack Obama ilə məsləhətləşmələrə gedəcək.

Dövlət katibi bildirib ki, Moskva və Vaşiqnton arasında əldə olunmuş razılaşmaya əsasən Suriya bütöv və dünyəvi ölkə kimi qalmalıdır.

XS
SM
MD
LG