Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 16:26

Rusiyada yoluxma və ölüm rekord həddə çatıb


Sankt-Peterburq qəbirstanlıqlarından birində
Sankt-Peterburq qəbirstanlıqlarından birində

Rusiyada operativ qərargahın məlumatına förə son sutkalar ərzində 30 minədək yoluxma qeydə alınıb.

Bu, pandemiya başlanandan bəri maksimal göstəricidir.

Xəbər verilir ki, Rusiyada son bir sutka ərzində koronavirusdan 635 nəfər vəfat edib.

Yoluxanların böyük əksəriyyəti – 8 min nəfər Moskvadadır. Bu da Rusiya paytaxtı üçün rekord göstərici sayılır.

Rusiyada koronavirusa yoluxanların ümumi sayı 3 milyona yaxınlaşır, COVID-19-dan ölüm sayı isə 50 mini keçib.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, əgər Rusiya dövlət statistika idarəsi – Rosstatın rəqəmlərindən çıxış edilsə, bu göstəricilər iki dəfə çox olardı.

İllik izafi ölüm 100 min nəfərdir

Rusiyada bu il üçün izafi ölüm rəqəmi 100 min nəfərdən çoxdur.

Bu da xəbər verilir ki, Rusiyanın bir sıra regionlarında koronavirusa yoluxanlar üçün çarpayılar çatışmır.

Məqalədə deyilir ki, yazda yoluxma halları indikindən 2-3 dəfə az olsa da, o vaxt daha sərt karantin qaydaları tətbiq olunmuşdu.

Bu arada Rusiyada yerli istehsal olan Sputnik V vaksini ilə kütləvi peyvəndləməyə başlanıb.

Buna baxmayaraq Moskvada açılmış peyvənd məntəqələrinə gələnlərin sayı o qədər də çox deyil.

Bəzi regionlarda isə əksinə, vaksin çatışmazlığı müşahidə olunur.

COVID-19 peyvəndini Azərbaycan hansı ölkədən alır?
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

Sərt karantinə qayıdış

Dünya boyunca koronavirusa yoluxmalar sürətlə artır.

Virusun daha sürətlə yayılan yeni ştammı Britaniyada xüsusilə ağır epidemioloji vəziyyət yaradıb.

Bununla əlaqədar paytaxt London və başqa şəhərlərdə sərt karantin məhdudiyyətlərinin tətbiqinə başlanıb.

Rusiya da daxil, bir çox ölkələr Britaniya ilə hava nəqliyyatı əlaqəsini kəsiblər.

Milad və Yeni il bayramları ərəfəsində Almaniya və İtaliya da daxil bəzi ölkələr sərt karantin qayalarına keçiblər.

Dekabrın 27-dən Çexiya da sərt karantinə qayıdacaq. Burada karantin məhdudiyyətləri qaldırılandan sonra yoluxmaların sayı sürətlə artçışdı.

Planet əhalisinin 1 faizi

Bütün dünyada COVID-19-a yoluxanlar hazırda planet əhalisinin 1 faizini təşkil edir.

Lakin inkişaf etmiş ölkələrdə əlahiyə nisbətdə yoluxanların faizi qat-qat böyükdür.

Məsələn ABŞ-da əhalinin 6 faizi koronavirusa yoluxub.

Bütün dünyada COVID-19-dan 1 milyon 700 mindən çox insan ölüb.

Bu, koronavirusa yoluxanların 2 faizini təşkil edir.

Koronavirus epidemiyası bir ilə yaxındır ki, davam edir. Epidemiya 2019-cu ilin dekabrında Çindən başayıb, Dünya Səhiyyə Təşkilatı 2020-ci ilin martında pandemiya elan edib.

Dekabrın son günlərində ABŞ, Britaniya və bir sıra Avropa ölkələrində kütləvi vaksinasiyaya başlanıb.

AzadlıqRadiosunun Rus xidməti Rusiya və Avropanın pandemiya şəraitində bayramlara necə hazırlaşdığını göstərən videoklip yazıb:

XS
SM
MD
LG