Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:40

Şamaxıda seçki etirazı [video]


Şamaxıda etiraz.
Şamaxıda etiraz.

-

Şamaxıda polis bir neçə namizədin tərəfdarları ilə birgə rayon məhkəməsinin binası qarşısında keçirdikləri etiraz aksiyasını dağıdıb.

«PREZİDENTƏ DEYƏCƏYİK»

«Hazırda əlimizdə olan faktları Şamaxıda Dairə Seçki Komissiyasına vermişik».

Bunu noyabrın 2-də parlament seçkilərinin nəticələrinə etiraz aksiyasında iştirak etmiş keçmiş namizəd Qəhrəman Şəhriyar AzadlıqRadiosuna deyib.

Onun sözlərinə görə, əllərində Şamaxıda seçki zamanı kütləvi pozuntularla bağlı videogörüntülər var: «Biz DSK-ya araşdırmaq üçün bu materialları təqdim etdik. Üç gün ərzində cavab verməlidirlər. Əlimizdə protokollar yoxdur, çünki bülletenlərin sayılması polis və icra hakimiyyəti nümayəndələrinin nəzarəti altında keçirilib, müşahidəçiləri bu prosesə yaxın buraxmayıblar».

Qəhrəman Şəhriyar deyir ki, 85 saylı Şamaxı dairəsi üzrə seçkiyə 8 namizəd qatılsa da, ikisi fəallıq edib: «Şamaxı camaatı Elxan Süleymanovu istəmirdi, onu seçdirdilər, biz prezidentə müraciət edəcəyik».

85 saylı Şamaxı DSK-nın sədri Hüseyn Rəcəbov AzadlıqRadiosuna bildirib ki, onlara hər hansı qanun pozuntusuyla bağlı şikayət daxil olmayıb.

MASALLIDAN GƏLİB ŞAMAXIDA SƏS VERİBLƏR

Noyabrın 2-də Şamaxı rayonunda bir neçə deputatlığa namizəd öz tərəfdarları ilə birlikdə etiraz aksiyası keçirib. Bir gün öncə keçirilən parlament seçkisində qanun pozuntularının araşdırılmasını tələb edən aksiya iştirakçıları ilə polis arasında gərginlik yaranıb. "Azadlıq” qəzetinin məlumatına görə polis aksiyanı dağıdıb.

Qəzet aksiyanı dağıdarkən polisin zorakılıq etdiyini, 5 nəfərin saxlandığını, amma sonradan onların azad edildiklərini bildirir.

Buna da bax: AŞPA müşahidəçiləri: “Demokratik seçkiyə doğru addım hesab edə bilmirik”

Aksiya iştirakçıları arasında deputatlığa namizədlərdən Vəfalı Fətullayev, Qəhrəman Şəhriyar da olub.

Adı çəkilən namizədlər seçkinin saxtalaşdırıldığını bildiriblər. Onların sözlərinə görə, noyabrın 1-də keçirilən səsvermənin gedişi zamanı müşahidə etdikləri saxtakarlıq faktları ilə əlaqədar gün ərzində bir neçə dəfə Dairə Seçki Komissiyasına müraciət etsələr də, heç bir tədbir görülməyib. Səlahiyyətli şəxslər saxtakarlığın qarşısını almaq üçün heç bir addım atmayıb. Nəticədə saxtakarlıq halları daha da artıb.

Namizədlər deyir ki, Masallı, Abşeron kimi rayonların sakinlərinin gəlib Şamaxıda səs verməsi barədə əllərində çoxsaylı faktlar var. Bundan başqa, orta məktəblərin müəllimləri yuxarı sinif şagirdlərini kütləvi şəkildə məntəqələrə gətiriblər və onlar da başqa adamların adından Elxan Süleymanovun lehinə səs veriblər.

Buna da bax: Seçki qurtardı, şikayətlər başlayır

Seçkinin nəticələrinə etiraz edən namizədlərin saxlanan qohumlarının polisdə zorakılığa məruz qaldığı bilirilir.

Ancaq rayon polisinin bu deyilənlərə münasibətini öyrənmək mümkün olmayıb.

Hələlik bu aksiya ilə bağlı rəsmilərin hər hansı reaksiyası yoxdur.

XS
SM
MD
LG