Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 17:27

Seçkilərdə maarifləndirmə daha çox vacibdir, yoxsa siyasi iradə?


Seçki komissiyasının üzvləri səsləri sayırlar.
Seçki komissiyasının üzvləri səsləri sayırlar.

Mərkəzi Seçki Komissiyasının (MSK) Hüquq və İnsan Haqları İnstitutu ilə birgə layihəsi çərçivəsində seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan regional seminarlara start verilib.

"Seçki hüququnun pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə qanunvericiliyin tələbləri və şikayətlərin araşdırılması prinsipləri..., eləcə də Avropa İnsan Hüquqları Konvensiyasında azad seçki hüququna dair çıxışlar dinlənilib, əyani vəsaitlərdən istifadə etməklə mövzular barədə ətraflı məlumat verilib", - MSK-nın açıqlamasında bildirilir.

"Siyasi iradə vacibdir"

"Müdafiə Xətti" hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərov isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda azad, bərabər, şəffaf əsaslara söykənən seçkilərin baş tutması üçün siyasi iradə vacibdir: "Son 30 il ərzində istər parlament, istər prezident seçkiləri milli və beynəlxalq qanunvericiliyə zidd olaraq aparılıb, saxtakarlıqlar baş verib. Bu, yalnız yerli ekspertlərin deyil, həm də prosesi müşahidə edən beynəlxalq mərkəzlərin də diqqətini cəlb edib. Seçkilərin saxtalaşdırıldığı ilə bağlı müxtəlif hesabatlar var".

R.Səfərov
R.Səfərov

Ekspertin fikrincə, məsələ ilə bağlı hüquqi maarifləndirmə də əhəmiyyətlidir: "Amma hesab edirəm ki, bundan vacib və həlledici məqam insanların seçki hüququna siyasi hakimiyyətinin hörmətlə yanaşmasıdır. Çox təəssüf ki, bu, baş vermir. Bunun da səbəbləri bəllidir. Hakimiyyət qolları faktiki olaraq çox ciddi seçki pozuntuları ilə müşayiət olunan qollardır. Seçki komissiyaları isə siyasi hakimiyyətin nəzarəti altındadır. Bu komissiyalar qeyri-paritet əsaslara söykənir, komissiyalarda real müxalifəti təmsil edən nümayəndələr yoxdur".

Azərbaycanda hazırda komissiyalar üçdə bir prinsipi ilə formalaşır. Yerlərin üçdə biri parlamentdəki hakim partiyanın, üçdə biri parlamentdəki azlıqda qalan partiyaların, üçdə biri isə parlamentdəki bitərəflərin payına düşür. Hakimiyyət təmsilçilərinin fikrincə, bu bölgü azad və ədalətli seçkilərə imkan yaradır. Üstəlik, onlara görə, ölkədə seçkilər əhalinin iradəsini ifadə edir.

Azərbaycanın Avropada 'rekordçu' olduğu məsələ...
Gözlə

No media source currently available

0:00 0:11:20 0:00

Xatırlatma

Azərbaycanda gələn il fevralın 7-də növbədənkənar prezident seçkisi keçiriləcək. Ölkədə son prezident seçkisi 2018-ci il aprelin 11-də baş tutub. Qanunvericiliyə əsasən, növbəti prezident seçkisi 2025-ci ildə keçirilməli idi. Hakimiyyətə yaxınlığı ilə seçilən deputatlar seçkilərin tezləşdirilməsini dünyada baş verən dəyişikliklər və Azərbaycanın maraqlarının qorunması ilə izah ediblər.

AXCP, Müsavat kimi müxalifət partiyaları isə bunu "qəfil seçki" adlandıraraq hakimiyyətin rəqabətli, sivil mübarizəyə hazır olmadığını bəyan edirlər. Hakimiyyət və MSK rəsmiləri belə dəyərləndirməni düzgün saymırlar.

XS
SM
MD
LG