Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:49

“Sehrli xalat” sənədli film oldu


"Sehrli xalat" filmindən kadr
"Sehrli xalat" filmindən kadr

►Sənədli film "50 ilin sehri" adlanır

"Sehrli xalat"da əsas rolları canlandıran Azər Qurbanov, Yusif Şeyxov, Solmaz Hətəmova, Almaz Mustafayeva çəkilişlərlə bağlı xatirələrini danışırlar.

“Nizami “ Kino Mərkəzində C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ən uğurlu uşaq filmlərindən sayılan "Sehrli xalat"ın ekranlara çıxmasının 50 illiyinə həsr olunmuş, "50 ilin sehri" sənədli filminin təqdimatı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, "Kanal-S" Televiziya Şirkətinin dəstəyi ilə , Tural Səmədovun ideya müəllifliyi əsasında, rejissor Mais Zeynalovun çəkdiyi "50 ilin sehri" sənədli filmində "Sehrli xalat"da əsas rolları canlandıran Azər Qurbanov, Yusif Şeyxov, Solmaz Hətəmova, Almaz Mustafayeva və başqalarının çəkilişlərlə bağlı xatirələri, filmdən fraqmentlər tamaşaçılara təqdim edilib.

Çıxışçılar "Sehrli xalat"ın rejissoru Əlisəttar Atakişiyevin, aktyorlardan Əliağa Ağayevin, Möhsün Sənaninin, Ağahüseyn Cavadovun, Anatoli Falkoviçin və Hüseynağa Sadıxovun xatirəsini yad ediblər.

Buna da bax: "İlqar Məmmədovun həyatına təhlükə var"

Təqdimat mərasimində yenicə dünyadan köçmüş xalq artisti Nuriyyə Əhmədovanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib və onun haqqında hazırlanan video-çarx nümayiş olunub.

Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, media və ictimaiyyət nümayəndələri iştirak edib.

Film banner
Film banner

XS
SM
MD
LG