Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:26

Marqarita Simonyan Putini ‘dəyişməz rəhbər’ elan edir


Martın 18-də Rusiyada seçki məntəqələri bağlandıqdan az sonra Vladimir Putinə daha 6 illik hakimiyyət verən qələbəni qeyd edən tərəfdarlar Moskvada şampan və şərabları su yerinə axıdıblar.

Lakin Putinə ən ucadan mədhiyyə oxuyanların arasında Rusiyada ən məşhur xəbər telekanalı RT-nin baş redaktoru xüsusilə fərqlənirdi.

Martın 18-də gecə, martın 19-da isə səhər saatlarında yazdığı tvitlər silsiləsində vaxtilə Russia Today kimi tanınan RT dövlət telekanalının rəhbəri Marqarita Simonyan jurnalistikanı siyasətdən ayıran bütün etika qaydalarını unutmuşdu.

Bu tvitlərdən birində tərəfdarlarına müraciət edən Putinin fotosu vardı. Bu fotoda xanım Simonyan onun yanında dayanmışdı.

O həmin tvitdə yazırdı: “Budur biz Putini təbrik edirik. O və biz”.

Təxminən eyni vaxtda post etdiyi başqa bir tvitdəki fotoda isə Simonyan artıq Putinin seçki kampaniyasının rəhbəri Andrey Kondraşovla birlikdə sampan qədəhi qaldımışdı.

Sonrakı postlarda Simonyan seçki nəticələrinə öz şəxsi təhlilini verirdi. O yazırdı ki, topladığı 76, 7 faiz səslə Putin artıq Rusiya prezidenti yox, ölkənin lideri və ya rəhbəridir. Rəhbər sözünü keçmiş Sovet İttifaqında çox vaxt İosif Stalinə aid edərdilər.

Simonyan Qərbə rişxəndlə yazır ki, Putinin rəhbərə çevrilməsi elə Qərbin özünə görə baş verib: “Əvvəl o sadəcə olaraq prezident idi və bu postda onu əvəz etmək mükün idi. Amma indi o bizim rəhbərimizdir. Biz yol vermərik ki, siz onu dəyişəsiniz. Siz bunu öz əllərinizlə etdiniz”.

Öz tvitlərində Simonyan Qərb liderlərini, Qərb jurnalistlərini və “Rusiyaya qarşı sanksiyaların başqa dəstəkçilərini” tənqid atəşinə tutur.

O Rusiya idmançılarına yarışları qadağan etmiş Beynəlxalq Olimpiya Komitəsini də unutmamışdı.

Xanım Simonyan Qərbin liberal ideyalarını təbliğ edənləri qınayaraq yazır ki, “Rusiya seçicisi sizin ideyalarınızı yox, “mühafizəkar-vətənpərvər, kommunist və millətçi ideyaları dəstəklədi”.

RT-nin baş redaktoru tvitlərindən birində yazır: “Biz daha sizin kimi yaşamaq istəmirik. 50 il biz gizli və ya aşkar sizin kimi yaşamaq istəmişik, amma indi daha bunu istəmirik. Biz daha sizəvə sizi dəstəkləyənlərə hörmət etmirik”.

AzadlıqRadiosu xatırladır ki, Simonyan Birləşmiş Ştalarda və ABŞ hökumətinin maliyyələşdirdiyi proqram üzrə ali təhsil alıb.

Simonyan çoxdan bəridir ki, Qərb mediasını, Kremlin və Putinin opponentlərini ən kəskin bir dillə tənqid edir.

Əsası Putinin birinci mətbuat naziri Mixail Lesin tərəfindən qoyulmuş RT kiçik bir televizya qrupundan nəhəng şirkətə çevrilib.

Bu şirkət hazırda ingiliscə və daha beş dildə proqramlar yayır və Rusiya dövlət büdcəsindən ildə 316 milyon dollar vəsait alır.

Ötən il RT telekanalının Amerika filialı ABŞ Ədliyyə Nazirliyinin sərəncamı ilə xarici agent kimi qeydiyyatdan keçməyə məcbur edilib.

XS
SM
MD
LG