Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:49

Moskva meri şəhərə qoşun yeridilməsini istəməzdi


Sergey Sobyanin Daxili İşlər Nazirliyinin xəstəxanasında
Sergey Sobyanin Daxili İşlər Nazirliyinin xəstəxanasında

Moskva meri Sergey Sobyanin Rusiyanın dövlət kanallarından birinə müsahibəsində deyib ki, ölkə paytaxtında koronavirusa yoluxma halları artmaqda davam edir və vəziyyətdə müsbət dinamika müşahidə edilmir.

Mer bildirib ki, Moskva epidemiyanın inkişafında hələ “yolu yarı etməyib”. Onun sözlərinə görə Rusiya paytaxtında yoluxmaların artımı 15 faiz təşkil edir.

Lakin Sobyanin əlavə edib ki, hələlik “dramatik situasiya yaranmayıb”.

Karantinin may ayında qaldırılacağına ümid var

Mer bildirib ki, Moskvada hazırda tətbiq edilən “özünütəcrid rejimi” epidemiya ilə mübarizə üçün optimaldır.

O deyib ki, karantinin yumşaldılması dramatik nəticələrə səbəb ola bilər:

"Bir çox başqa iri şəhərlərdə situasiya bir qədər fərqlidir. Oralarda əvvəlcə çox yüngül, çox demokratik tədbirlərdən başlayırlar, amma sonradan küçələrə qoşun çıxarmaq lazım gəlir. Biz belə bir ssenarinin Moskvada təkrarlanmasını istəmirik”.

Bundan əvvəl Dojd telekanalı Koronavirusla Mübarizə Əməliyyat Qərargahındakı mənbələrə istinadən xəbər verirdi ki, karantin iyun ayından o yana keçməyəcək. Lakin telekanal dəqiq tarixin məlum olmadığını bildirib.

Dojd bunu da qeyd edirdi ki, hadisələrin inkişafı rəvan axarda davam edərsə, özünütəcrid rejimi may bayramlarından sonra ləğv oluna bilər.

Rusiyada yaşayan azərbaycanlı: məsciddə gecələməyə məcburam
Gözlə

No media source currently available

0:00 0:03:15 0:00

Yoluxma sürəti azalsa da...

Aprelin 23-ə olan məlumata görə Moskvada indiyədək koronavirusa 34 min yoluxma qeydə alınıb. Son vaxtlar yoluxmaların sayı 2-3 min arasında artır. Xəstəxanaya gətirilənlərin sayında da artım var.

Rusiya üzrə indiyədək koronavirusa 62 733 yoluxma qeydə alınıb və bunlardan 555-i vəfat edib.

Rəsmi məlumata görə yoluxmaların artımı dalbadal ikinci gündür ki, azalır.

Moskvada “özünütəcriddən” başqa, həm də elektron vəsiqə sisteminin tətbiqinə başlanıb.

Buna baxmayaraq Sobyaninin sərəncamı ilə piyada hərəkətə məhdudiyyət qoyulub.

Karantin qaydalarına görə moskvalılara evdən yalnız zibil atmaq, yaxınlıqdakı mağazalara getmək və yaşayış yerindən 100 metrdən uzaq olmayaraq itlə gəzmək icazəsi verilir. Sadəcə olaraq küçədə gəzmək qadağandır. Bunu edənlər cərimələnə bilər.

XS
SM
MD
LG