Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:17

Societe Generale, Ericsson Rusiyadan gedir


Arxiv fotosu
Arxiv fotosu

“Societe Generale” aprelin 11-də bəyanatında qeyd edib ki, Rusiyadan çıxması banka 3.4 milyard dollara başa gələcək

İsveçin Ericsson telekommunikasiya avadanlığı şirkəti Rusiyada biznesi qeyri-müəyyən müddətə dayandırır. Bu haqda şirkətin saytında məlumat yerləşdirilib.

Ericsson martın 1-dən Rusiyaya təchizatı dayandırıb. Ölkədə internet infrastrukturunun əhəmiyyətli hissəsi bu şirkətin avadanlığı ilə quraşdırılıb. Təhlilçilərin fikrincə, Ericsson və digər xarici şirkətlərin gedişindən sonra modernizasiyada əngəllər Rusiyada internetin sürətinin azalmasına səbəb olacaq.

“Kommersant” qəzeti yazır ki, Qərbin sanksiyalarının beşinci paketi Rusiyada dövlətin nəzarətində olan operatorlara texnologiya transferinin dayandırılması nəzərdə tutulub. Bu, “Rostelekom”dan savayı onun Tele2 mobil operatoruna da aid oluna bilər.

***

Fransanın Societe Generale maliyyə qrupu Rusiyada fəaliyyətini dayandırdığını, Rusiya Rosbank-ında və bu bankın sığorta biznesindəki payını satacağını bildirir.

“Societe Generale” aprelin 11-də bəyanatında qeyd edib ki, Rusiyadan çıxması banka 3.4 milyard dollara başa gələcək.

Societe Generale-nın Rosbank-dakı 99 faizi payı Interros Capital-a satması prosedur qaydada təsdiqlənməlidir. Sonuncu şirkət oliqarx Vladimir Potaninə bağlıdır.

“Sanksiyalar həmişə masadadır”

Moskvanın Ukraynaya qarşı fevralın 24-də başlatdığı səbəbsiz müharibə Qərbin sərt sanksiyaları ilə nəticələnib. Bir sıra Qərb şirkətləri Rusiyada aktivlərini sataraq ölkəni tərk edib.

Avropa İttifaqının (Aİ) aparıcı diplomatı isə Rusiyaya qarşı əlavə sanksiyalara çağırır. Jozep Borrel bu məsələnin blokun xarici işlər nazirlərinin aprelin 11-də Luksemburqda keçirilən görüşündə müzakirə oluna biləcəyini deyib.

“Sanksiyalar həmişə masadadır”, – Borrel jurnalistlərə deyib.

Onun sözlərinə görə, nazirlər Rusiyanın Ukraynada törətdiyi iddia olunan hərbi cinayətləri Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Kahn ilə müzakirə edəcəklər, Moskvaya qarşı “əlavə addımlar” da götür-qoy edilə bilər.

27 üzvü olan blokun bəzi üzvləri Rusiya neftinə tam embarqoya çağırırlar. Amma belə bir addımın öz iqtisadiyyatlarına mümkün təsiri bəzilərini tərəddüdə sövq edir.

XS
SM
MD
LG