Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:20

Sosial şəbəkələrə nəzarət istənilir...


Siyavuş Novruzovdan Facebook-la bağlı təklif
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

Siyavuş Novruzovdan Facebook-la bağlı təklif (Video arxiv. 2017)

Azərbaycanda son günlər yenə sosial şəbəkələrə nəzarət edilməsi ilə bağlı təkliflər səslənir.

Azərbaycanda son günlər yenə sosial şəbəkələrə nəzarət edilməsi ilə bağlı təkliflər səslənir. Bəzi deputatlar və ekspertlər sosial şəbəkələrdə təhqirə, böhtana geniş yol verilməsi ilə bağlı narahat olduqlarını bildirirlər. Onlardan bir neçəsi isə hətta qanunvericiliyə dəyişiklər edib buna görə cəzaların sərtləşdirilməsini təklif edirlər.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa isə "Turan"a bildirib ki, sosial şəbəkələrə nəzarət etmək mümkün deyil: "Burada başqa modeldən söhbət gedir. Həmin sosial şəbəkələrin ölkələrdə və ya regionda təmsilçiliyi olmalıdır. Türkiyə qanunvericiliyə uyğun olaraq bu məsələni həll etdi. Bu, olduqca vacibdir".

F.Mustafa
F.Mustafa

"Konkret subyektin müəyyən edilməsi üçün..."

Deputatın sözlərinə görə, sosial şəbəkələrdə təhqir, ölümlə hədələmə və başqa bu kimi məsələlərin çox şaxələndiyini görmək mümkündür: "Sosial şəbəkələrdə müxtəlif şəxslərin bu cür çalışmaları böyük bir narahatlıqlar yaradır. Ona görə də bu istiqamətdə qeyri-hüquqi addımların qarşısını almaq üçün ölkədəki həmin sosial şəbəkələrin təmsilçiliyinə müraciət olunur ki, həmin materiallar yığışdırılsın və ya konkret subyektin müəyyən edilməsi, məsuliyyətə cəlb edilməsi üçün köməklik göstərilsin".

Komitə üzvü hesab edir ki, burada hər hansı hüquqi formada dövlət orqanlarının nəzarətindən söhbət getmir: "Burada bilavasitə dövlət orqanları ilə həmin sosial şəbəkə seqmentinin təmsilçiləri arasında olan konstruktiv əməkdaşlıqdan söhbət gedir".

Ə.Məmmədli
Ə.Məmmədli

"Demokratiyanın az olduğu..."

Media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli isə AzadlıqRadiosuna bildirib ki, sosial medianın məhdudlaşdırılması və sistemli şəkildə nəzarətə götürülməsi çağırışları yeni deyil: "Bununla bağlı müxtəlif ölkələrdə çağırışlar tez-tez baş verir. Demokratiyanın az olduğu və, ümumiyyətlə, az inkişaf etmiş ölkələrdə bu, daha sistemli şəkildə baş verir. Amma təəssüf ki, bununla bağlı ilk tənzimləmələr artıq Almaniyada da başladı, daha sonra Türkiyədə daha ciddi tənzimləmələr gündəmə gəldi, ABŞ-da Donald Tramp dönəmində müəyyən tənzimləmələrin gətirilməsi tələb olunurdu".

"Hüquq və mənafelərini qoruma adı altında"

Ekspertin fikrincə, hökumətlər çalışır ki, müxtəlif bəhanələrlə, xüsusən də şəxslərin hüquq və mənafelərini qoruma adı altında sosial mediaya müəyyən məhdudiyyətlər gətirsin: "Bu, yayılan kontentlə bağlı məhdudiyyətlərdir. Sosial media platformalarının heç biri Azərbaycanda yerləşmədiyi üçün onlara yönəlik tələblər daha çox Türkiyədəkinə bənzər tənzimləmə ola bilər. Yəni, məcburi olaraq burada ofis saxlaması qanunvericiliyə gətirilə bilər. Onlardan hansısa şəxsi məlumatların silinməsi tələb oluna bilər. Əks halda, onların cərimələnməsi və yaxud da ölkədəki fəaliyyətinə məhdudiyyətlər gözlənə bilər".

Gürcüstan hökumətinin blokladığı nəhəng Azərbaycan layihəsi...
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

"Bu, effektiv bir metod deyil"

Ə.Məmmədli qeyd edib ki, bu, daha çox sosial media kontentinin hər hansı formada, xüsusən də tənqidçi tərəflərin təqib olunmasına yönələcək. Ekspert vurğulayıb ki, ikinci metod isə ölkədə, ümumiyyətlə, sosial mediaya çıxışı bloklayaraq prosesinin qarşını almaqdır: "Bu da qismən işləyə bilər, çünki proksi proqramlar buna imkan verməz. Təcrübə göstərir ki, vaxtilə Twitter və Youtube ilə bağlı Türkiyə belə addımları atdığı zaman istifadəçilərin sayı artmışdı. Yəni, bu, effektiv bir metod deyil".

XS
SM
MD
LG