Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:23

Sosial evlər layihəsi gerçəkləşir, amma... [video]


Sosial evlər kimləri varlandıracaq?
Gözlə

No media source currently available

0:00 0:15:01 0:00

Sosial evlər kimləri varlandıracaq? [A-Live]

Sosial evlər layihəsi gerçəyə çevrilməkdədir - artıq Yasamal yaşayış kompleksində birinci 9 mərtəbəli binanın 3-cü mərtəbəsi tikilib.

22 binanın da tikintisi nəzərdə tutulur. Bu məlumatı prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev verib.

Di gəl ki, layihənin nəzərdə tutulduğu kimi aztəminatlılar üçün mənzilə sahib olmaq imkanı yaradacağına şübhə edənlər var.

Məsələn, sosial evlərlə bağlı qanun layihəsinin müəlliflərindən biri, keçmiş deputat Nazim Baydəmirli deyir ki, son günlər müzakirə olunan mövzulardan biri sosial mənzillərin özəlləşdirilməsidir. Onun fikrincə, bu baş verərsə, sosial mənzillər ilkin məqsədindən uzaqlaşmış olacaq.

Buna da bax:​ 'Biz hər evə ayda 100 manat ödəmək təklif etmişik'

Nazim Baydəmirli
Nazim Baydəmirli

“Sosial kirayə mənzillərin özəlləşdirilməsi birmənalı olaraq qanun qəbul olunan zaman qadağan halına salındı. Düzdür, bu, imperative formada deyildi, sonrada Mənzil Məcəlləsi formalaşan zaman müxtəlif fikirlər formalaşdı və dövlət əgər sosial mənzillər tikirsə, dövlət və ya bələdiyyə vəsaiti hesabına, bunların uzunmüddətli kirayəyə verilməsi, aztəminatlı insanları bun layihədən yararlanması anlamına gəlirdi”.

Nazim Bəydəmirli deyir ki, indiki haldan sosial mənzillər özəlləşməyə açılsa, bu, dövlət vəsaiti hesabına ayrı-ayrı şəxslərin qazanmasına gətirib çıxaracaq.

Hökumət ilk sosial evi 2018-ci ilin yayında istifadəyə verməyi planlaşdırır. Gələn aydan qeydiyyat başlayır. Müraciətlər onlayn formada, bu ilin mayından mümkün olacaq. Bu evləri həm də ipoteka ilə almaq mümkün olacaq.

Buna da bax: Kasıbın uşağı neçə otaqlı ev arzular?

Bu məlumatları da Samir Nuriyev verir:

Samir Nuriyev
Samir Nuriyev

Qabaqcadan qeydiyyatı olan yaşayış sahələri ipoteka fondu vasitəsilə uzunmüddətli ipoteka kreditlərinin alınmasında istifadə edilə bilər. Artıq mənzillərin qabaqcadan qeydiyyat sənədləri əldə olunduqdan sonra bir neçə aydan sonra satışa başlaya biləcəyik.

Keçmiş deputat Nazim Bəydəmirli isə hesab edir ki, dövlətin öz hesabına tikdiyi mənzili ipotekaya verməsi rəqabət mühitinə mane olacaq . Belə ki, bu evlər daha ucuz olduğu üçün müştərilər krediti götürüb məhz bu evləri almaq istəyəcəklər. Beləliklə, dövlət özəl tikinti şirkətlərinə rəqib ola bilər.

Buna da bax:​ 'Güzəştli mənzillər' neçəyə olacaq?

Samir Nuriyev isə deyib ki, hökumət aylıq ödənişlərin orta icarə haqqından yüksək olmamasına çalışacaq- Birotaqlı evlər üçün ödəniş 130-140 manat, üçotaqlılar üçün isə 300-350 manat ola bilər.

XS
SM
MD
LG