Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 04:52

Stiven Siqalın oğlu da Rusiya vətəndaşlığı alıb


Stiven Siqal
Stiven Siqal

Amerikalı aktyor Stiven Siqal (Steven Seagal) oğlu Dominiklə birlikdə Rusiyada “Beş element” şirkətini qeydiyyatdan keçirib. Bu haqda RBK portalı Hüquqi şəxslərin vahid dövlət reyestrinə istinadla xəbər verir.

Nəşr qeyd edir ki, bu məlumatlara əsasən 33-yaşlı Dominik Siqal da atası kimi Rusiya vətəndaşlığı alıb. Nizamnamə sənədləri “Beş element” şirkətinin uşaqlar üçün içməli su və alqokolsuz içki istehsalı üzrə ixtisaslaşdığını göstərir. Onun hüquqi ünvanı isə Moskvada Matrosskaya Tişina küçəsi göstərilib.

Vətəndaşlıq alandan iki il sonra...

Amerika döyüş filmlərindəki rolları ilə tanınmış Stiven Siqala 2016-cı ildə vətəndaşlığı şəxsən Prezident Vladimir Putin təqdim edib. Kreml bəyan edib ki, Rusiya prezidentinə, Ukraynanın Krımı ilhaq etməsinə açıq dəstək bildirən aktyor “uzun müddət müvafiq xahişlə müraciət edib”.

İki il sonra Siqal fərdi sahibkar kimi qeydiyyatdan keçərək Moskvada “Steven Seagal Group”u təsis edib. Rəsmi reyestrdə qeyd olunub ki, şirkət “konsert zallarının, teatrların, opera binalarının, musiqi zallarının fəaliyyəti, o cümlədən bilet kassalarının xidmətilə” məşğuldur.

2020-ci ildə bəlli olub ki, Siqal Tambov vilayətindən Federasiya Şurasının üzvü Aleksandr Babakovla birlikdə tikinti şirkətinin qeydiyyatını gizlədib. Elə həmin il aktyor Zaxar Prilepinin ultra-vətənpərvər “Həqiqət uğrunda” partiyasına üzv olub. Bu partiya sonradan “Ədalətli Rusiya” və “Rusiya vətənpərvərləri” partiyaları ilə bir araya gəlib.

Bu ilin fevralında Putin Siqala “Dostluq” ordeni verib.

XS
SM
MD
LG