Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:46

Süqutun məhsulları: havada qalanlar


Xarici Vətəndaşları Müvəqqəti Saxlama Müəssisəsindən çölə mənzərə.
Xarici Vətəndaşları Müvəqqəti Saxlama Müəssisəsindən çölə mənzərə.

-

Rusiyada vətəndaşlığı olmayan 140 minə qədər adam yaşayır. Dövlət üçün onlar mövcud deyillər. Ölkə ərazisində sərbəst gəzib-dolaşa, qanuni əsasla işləyə və ya həkimə müraciət edə bilmirlər.

Vətəndaşlığı olmayan şəxslər (VOŞ-lar) yalnız onları Rusiyadan deportasiya edə bilmədiklərinə görə təcridxanalarda məhbus kimi saxlayan Miqrasiya Xidmətinə lazımdırlar. AzadlıqRadiosu belə şəxslərin taleyi ilə maraqlanıb.

«HƏR YERDƏ HƏR ŞEY PULLADIR»

23 yaşlı Emil Əlimuradov Bakıda doğulub. 2003-cü ildə anası və nənəsi ilə Peterburqa köçüb. Anası ilə nənəsi Azərbaycan vətəndaşlarıdır. Rusiyada qanunsuz yaşayıb, «qara» işlərdə işləyiblər. Emilin təhsili yoxdur, elə pasportu da. Nə Rusiya, nə də Azərbaycan onu öz vətəndaşı sayır. Əslində, Azərbaycanla elə bir bağlılığı da yoxdur. Azərbaycanca bilmir, rus dilində isə aksentsiz danışır. Pasportsuz həyat sürməyin necə olduğu barədə suala cavabında Emil bununla sanki öyünürmüş kimi deyir: «Mənim yaxşı əlaqələrim, hər yerdə tanışlarım var. Onsuz da hər yerdə hər şey pulladır».

Digər VOŞ-lar kimi, Emil də sevdiyi qızla rəsmi nikaha girə bilmir. Ev ala və ya müvəqqəti qeydiyyata düşə bilmir. Nə maşın ala bilir, nə də sürücülük vəsiqəsi. Pasportu olmadığına görə heç vaxt uzaq təyinatlı qatarlara və ya təyyarəyə minməyib, hoteldə qala, vergi ödəyə bilmir. Yalnız ölüm ayağında olsa, tibbi yardım ala bilər. Əks halda yenə tanışlıq və pul lazımdır.

Demək olar, hər ay yarımdan bir Emili polis saxlayır: «Bölməyə aparırlar. Orada 2-3 saat otururam. Barmaq izi götürüb bir-iki sual verir, bəzən şəklimi çəkirlər. Sonra isə adətən buraxırlar».

2014-cü ilin fevralında isə bu prosedur adəti üzrə olmayıb. Miqrasiya Xidmətinin əməkdaşları sahə müvəkkili ilə birgə Emilgilin kirayə qaldığı yataqxanaya gəlib. Onu və daha iki kirayənişini polis bölməsinə aparıblar: «Özbəkə cərimə yazdılar. Məni və başqa bir azərbaycanlını isə məhkəməyə, oradan da Krasnoye Selodakı Xarici Vətəndaşları Müvəqqəti Saxlama Müəssisəsinə (XVMSM) apardılar».

Məhkəmə Emilin miqrasiya qanunvericiliyini pozduğuna və buna görə də ölkədən çıxarılmasına qərar verib. Xarici vətəndaşlar belə qərardan sonra öz vətənlərinə göndərilirlər. Vətəndaşlığı olmayanlar isə iki ilədək XVMSM-də saxlanılırlar. İnzibati Xətalar Məcəlləsində məhkəmə qərarının icrasına maksimum bu qədər müddət ayrılıb.

ÖGEY APATRİDLƏR

«Mülki Yardım» Komitəsinin sədri Svetlana Gannushkina-nın dediyinə görə, Rusiyada VOŞ-ların həmişə problemi olub. Çünki Rusiya nə Vətəndaşsızlıq hallarının azaldılması haqqında 1961-ci il Konvensiyasını, nə də Apatridlərin statusu və hüquqları barədə 1953-cü il Konvensiyasını imzalayıb. Üstəlik, Rusiya qanunvericiliyində xarici vətəndaşlarla VOŞ-lar arasında fərq qoyulmur.

VOŞ-ların böyük hissəsini keçmiş sovet respublikalarının vətəndaşları təşkil edir. SSRİ dağılandan sonra hakimiyyət bu problemi həll etməyə çalışdı: 1992-ci il fevralın 6-dan Rusiya Federasiyası ərazisində olan hamı avtomatik Rusiya vətəndaşlığı alırdı. Doğrudur, həmin tarixdən Rusiya ərazisində olduğunu sübut etmək lazım idi. 2000-ci illərin əvvəllərində məhkəmələr belə işlərdə, bir qayda olaraq, VOŞ-ların xeyrinə qərar çıxarırdı. İndi isə vəziyyət başqadır. «Hakimlər miqrasiya qanunvericiliyini bilmirlər. Onlar bir şeyi bilirlər - şəxs dövlət orqanını məhkəməyə verirsə, deməli, mütləq dövlət orqanının xeyrinə qərar çıxarılmalıdır», -- deyə şikayətlənir Gannushkina.

KOLONİYADAN «KOLONİYA»YA

2009-cu ildə Ədliyyə Nazirliyinə hər hansı şəxsin Rusiya ərazisində qalmasının arzu olunmazlığı barədə qərar çıxarmaq səlahiyyəti verilib. O vaxtdan nazirlik azadlığa çıxan bütün məhbuslar barədə belə qərar çıxarır. Xaricilər deportasiya olunur, VOŞ-lar isə XVMSM-yə göndərilirlər. XVMSM isə koloniyadan o qədər də fərqlənmir: keyfiyyətsiz, yeknəsəq və normadan az qidalanma, yaxın qohumlarla gündə 15 dəqiqəlik görüş, gündə yarım saat gəzinti... 70-90 nəfər üçün həftədə iki dəfə açılan, ona görə də hər dəfəsində yalnız 10-15 adamın çimə bildiyi tək hamam. Nəhayət, vəkil və həkim xidmətlərindən istifadəyə ciddi məhdudiyyətlər.

XS
SM
MD
LG