Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:58

Tarif Şurası dərmanların da qiymətini artırıb


Apteklərdə qıtlıq aradan qalxır
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00

Apteklərdə qıtlıq aradan qalxır (Arxiv)

Noyabrın 28-i Tarif Şurası bəzi dərmanların da qiymətini artırıb.

Şuranın iclasında 300-dən artıq yeni dərman vasitəsinin satış qiymətləri təsdiq edilib. Eləcə də, indiyədək təsdiq olunmuş dərman vasitələrinin qiymətləri manatın hazırkı məzənnəsinə uyğunlaşdırılıb. Bu o deməkdir ki, dərmanların qiyməti artırılıb. Hesablamalara görə, Azərbaycanda dərmanların 99 faizi idxaldır və manatın hazırkı məzənnəsi əsas xarici valyutalar (dollar, avro) qarşısında tarixdə ən aşağı səviyyədədir. Bundan əlavə, Şura açıqlamır ki, hazırkı məzənnə deyəndə, nəyi nəzərdə tutur.

Dollar oktyabrın 19-dan manat qarşısında yenidən dəyər qazanmaqdadır. Bu günə olan rəsmi məzənnə ilə manat oktyabrın 19-dan dollara nisbətən 7.2 faizdən çox dəyər itirib. Dolayısı ilə dərmanların qiyməti, ən azı, 7.2 faiz artırılıb.

Şuranın bu qərarı bu gün, noyabrın 29-dan qüvvəyə minir.

2014-cü il dekabrın 16-da «Dərman vasitələri haqqında» qanunda dəyişikliklər edilib. Artıq, qeydiyyata alınmış dərman vasitələrinin qiymətlərini dövlət tənzimləməyə başlayıb.

Nazirlər Kabinetinin 2015-ci il aprelin 14-də verdiyi qərarına əsasən, dərman vasitələrinin qiymətləri (tarifləri) dövlətin tənzimlədiyi malların (işlərin, xidmətlərin) siyahısına daxil edilib.

Tarif Şurası noyabrın 28-də təbii qazın, elektrikin, soba yanacağının və reaktiv mühərrik yanacağının da qiymətlərini qaldırıb.

XS
SM
MD
LG