Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:22

Tofiq Zülfüqarov: ‘Nə Qərb, nə də Rusiya oyuna müdaxilə etməkdə maraqlıdır’


Keçmiş nazirdən açıqlamalar: 'Paşinyan Rusiyanı ittiham edəcək ki...'
Gözlə

No media source currently available

0:00 0:03:29 0:00

Tofiq Zülfüqarov: 'Paşinyan Rusiyanı ittiham edəcək ki...'

“Artıq bu müharibədir. Biz bunu qəbul etməliyik”, - keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov iyulun 12-də Azərbaycan-Ermənistan sərhədində baş verənləri şərh edərkən AzadlıqRadiosuna deyib.

O hesab edir ki, Ermənistan baş naziri Nikol Pashinian konkret ssenari əsasında irəliləyir və onun administrasiyası bu planı çoxdan hazırlayıb.

Keçmiş nazirin sözlərinə görə, baş nazir Kreml tərəfindən uzunmüddətli tərəfdaş kimi qəbul olunmadığını, buna görə də gələcəkdə Rusiya tərəfindən hakimiyyətdən uzaqlaşdırılmaq ehtimalını nəzərə alaraq bunun qarşısını almağa çalışır.

Zülfüqarovun iddiasına görə, bu səbəbdən də Ermənistan Azərbaycana hərbi həmləyə başlayıb:

“İkincisi, Ermənistanda belə fikir formalaşıb ki, Rusiyadan nə lazımdır aldıq, indisə Rusiya zəifləyib, yeni patron lazımdır, yeni siyasət həyata keçirməliyik. Onlar hesab edirlər ki, qərbyönümlü siyasət apamaqla investisya, texnologiyalar əldə edəcəklər. Qərbmeylli siyasət cəmiyyətin sifarişidir bir növ. Vəziyyəti dəyişib, bu baxımdan Ermənistanı Rusiyanın qucağından alıb qərbyönümlü siyasət aparmaq Pashinian üçün çox vacibdir”.

Tofiq Zülfüqarovun fikrincə, bu baxımdan da hərbi əməliyyatların bərpası Ermənistan rəhbərliyinin maraqlarına uyğundur.

Keşmiş nazirin ehtimalına görə, nə Qərb, nə də Rusiya Yerevana köməyə tələsəcək, “bəlkə də Qarabağ üzərində nəzarəti itirmiş Ermənistan Qərbə və Rusiyaya sərf edir.

“Rusiya da göstərəcək ki, məndən dostluğu pozan nəsə itirir, Ukrayna Krımı itirir, Gürcüstan ərazilərini itirir və sair...”

Ermənistan-Azərbaycan sərhədində baş verənlərə beynəlxalq reaksiyalar
Gözlə

No media source currently available

0:00 0:02:28 0:00

Bu bir dönüşdür

Keçmiş nazirin fikrincə, son günlərdə Azərbaycan hakimiyyətinin qazancı odur ki, o, bu hərbi təxribatı başlayanın Ermənistan olduğunu sübut etdi, ikincisi, Tovuzda baş verənlər göstərdi ki, bu münaqişədə söz sahibi Ermənistanla Azərbaycandır, “öz müqəddaratını müəyyənləşdirmək istəyən Qarabağın erməni icması” deyil:

“Bu bir dönüşdür. Təbliğat baxımından nəsə əldə etdik. Bundan başqa, Türkiyə beynəlxalq öhdəliklərə görə Naxçıvanın indiki statsunun təminatçısıdır. Bu öhdəlikləri götürən Türkiyə həm də NATO üzvüdür. Bugünlərdə Ankardan iki bəyanat eşitdik, Türkiyə Azərbaycanın yanında olduğunu bəyan etdi... Bu baxımdan Azərbaycanın hərbi, siyasi, demoqrafik üstünlüyü var. Eyni zamanda şərtlər imkan verir ki, o, cavab zərbəsi endirsin. Nə Qərb, nə də Rusiya oyuna müdaxilə etməkdə maraqlıdır. Düzdür, bəyanatlar, çağırışlar olacaq, amma hamı başa düşür ki, Azərbaycanı bu durumda saxlamaq mümkün deyil”.

İyulun 12-də iki ölkənin sərhədində, Tovuz istiqamətində döyüş gedir. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib.

Son 3 gündə Azərbaycan tərəfi biri general olmaqla 11 hərbçisini itirməsi, 4 yaralı olması haqda xəbər yayıb.

Ermənistan tərəfi də dörd hərbçisinin ölməsi haqda məlumat yayıb. O da öz növbəsində baş verənlərə görə Azərbaycanı ittiham edir.

XS
SM
MD
LG