Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:30

Türkiyə yataqlarındakı qaz ehtiyatı 710 milyard kubmetrə çatdı


Recep Tayyip Ərdoğan
Recep Tayyip Ərdoğan

Qara dənizdə yeni yataq kəşf edildikdən sonra  Türkiyənin aşkar etdiyi qazın həcmi 710 milyard kubmetrə çatıb

Qara dənizdə yeni yataq kəşf edildikdən və bundan əvvəlki tapıntının həcminə düzəliş verildikdən sonra Türkiyənin aşkar etdiyi qazın həcmi 710 milyard kubmetrə çatıb.

Bu barədə bəyanatı prezident Recep Tayyip Ərdoğan dekabrın 26-da verib.

Hökumət müşavirəsindən sonra danışan prezident deyib ki, Türkiyə Çaycuma-1 mədənində ehtiyatı 58 milyard kubmetr təxmin edilən daha bir yataq aşkar edib.

Onun sözlərinə görə bundan əvvəl aşkar edilmiş qazın təxmin olunan həcminə düzəliş edilib.

İndi artıq Sakarya yatağında 540 milyard kubmetr deyil, 652 milyard kubmetr qazın olduğu təxmin edilir.

Ərdoğan əlavə edib ki, Sakarya yatağında 13 yeni quyu qazılıb.

Onun sözlərinə görə Çaycuma-1 yatağında yeni ehtiyatların aşkar olunması ilə təxmin edilən ümumi ehtiyat 710 milyard kubmetrə çatıb.

2023-cü ildə istismara veriləcək

Ərdoğan ötən ay demişdi ki, Türkiyə Sakarya yatağının istismarına 2023-cü ildən başlaya biləcək.

O dekabrın 26-da deyib ki, Çaycuma-1 Sakarya yatağına birləşdiriləcək və oradan Türkiyənin qaz şəbəkəsinə qoşulacaq.

Reuters bildirir ki, özünün çox az neft və qaz ehtiyatları olan Türkiyə enerji daşıyıcıları üçün Rusiya, Azərbaycan və İrandan, habelə Qətər, ABŞ, Nigeriya və Əlcəzairdən idxal olunan maye qazdan asılıdır.

Türkiyə Aralıq dənizinin mübahisəli sularında da karbohidrogen kəşfiyyatı aparır və buna görə onunla Yunanstan və Kipr arasında gərginlik yaranıb.

Bundan başqa Baltik dənizində Şimal Axını kəmərlərinin sıradan çıxmasından sonra Rusiya prezidenti Vladimir Putin belə bir ideya irəli sürmüşdü ki, Türkiyədə Rusiya qazının qəbulu üçün “qovşaq” yaradıla bilər.

Ərdoğan bu ideyanı qəbul etdiyini bildirmişdi.

XS
SM
MD
LG