Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:00

Zəlzələ Türkiyədə 160 mindən çox binanı dağıdıb, ya zədələyib...


Türkiyə, zəlzələ bölgəsi
Türkiyə, zəlzələ bölgəsi

Fevralın 6-da Türkiyə və Suriyada baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 50 minə çatıb.

“Reuters”in fevralın 24-də yaydığı məlumatına görə, təbii fəlakət nəticəsində Türkiyədə 44218, Suriyada 5914 nəfər həlak olub.

Məlumatda Türkiyə evlərin bərpasına başlanıldığı bildirilir və vurğulanır ki, zəlzələ nəticəsində 520 min mənzilin olduğu 160 mindən çox bina dağılıb və ya zədələnib.

Zaqataladakı zəlzələdən 10 il keçir, hələ də bərpa edilməyən evlər var
Gözlə

No media source currently available

0:00 0:06:05 0:00

Rəsmi qurumların açıqlamalarına görə, təbii fəlakətdən zərərçəkənlər üçün 313 min çadır qurulub, bundan başqa 100 min konteyner evinin tikilməsi planlaşdırılır.

Türkiyənin daxili işlər nazirinin açıqlamasına görə, fəlakət baş verəndən indiyə qədər təhlükəsizlik standartlarını pozmaqda şübhəli bilinən tikinti podratçıları ilə bağlı istintaq genişləndirilib: 564 şübhəli müəyyən edilib, 160 nəfər həbs edilib.

***

Zəlzələ bölgəsində həlak olanların sayı 45 mini keçib

Türkiyə və Suriyada zəlzələdən həlak olanların sayı 45 mini keçib.

Reuters-in məlumatına görə, Türkiyədə 39 min 672, Suriyada 5 min 800-dən çox insan həlak olub. Nə qədər insanın itkin hesab olunduğu barədə hələki ölkələr məlumat açıqlamayıblar.

***

Həlak olanların sayı 41 mini keçib

Türkiyə və Suriyada fevralın 6-da baş vermiş zəlzələdən ölənlərin sayı 41 mini keçib. BMT isə artan humanitar böhranın həllindən ötrü 1 milyard dolların gərəkdiyini bildirib.

Son 100 ilin ən çox ölümlə nəticələnmiş 10 zəlzələsindən biri olan təbii fəlakətdən 11 gün keçir. Türkiyədə xilasedicilər 17 yaşlı bir qızı və 20 yaşlarında bir qadını dağıntılar altından çıxarıblar.

“Səhhəti yaxşı görünürdü. Gözlərini açdı və bağladı”, – xilasetmə işlərinə qatılmış kömür mədənçisi Əli Akdoğan deyib.

“Vaxt itirmək olmaz”

“Frans Pres” zəlzələdən sağ qalanların tapılmasına ümidlərin əsasən azaldığını yazır.

Təbii fəlakət zonasında vəziyyət ağır olaraq qalır. Hava şaxtalıdır, yemək, su çatışmır, tualet yoxdur.

“Ehtiyaclar çox böyükdür, adamlar əziyyət çəkir, vaxt itirmək olmaz”, – BMT-nin Baş katibi Antonio Quterreş bəyanat yayaraq qurbanlara kömək etməyə çağırıb.

Onun sözlərinə görə, ayrılan vəsait 5.2 milyon adamı üç ayadək müddətdə humanitar yardımla təmin edər.

Rəsmilər Türkiyədə azı 38 min, Suriyada isə 3 min 600-dən çox insanın öldüyünü təsdiqləyib. Bununla da ümumi ölü sayı 41 min 700-ü keçib.

XS
SM
MD
LG