Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:16

Ukrayna 59 İran dronundan 58-ni vurduğunu deyir


Kiyev dron hücumundan sonra
Kiyev dron hücumundan sonra

Rusiya mayın 29-na keçən gecə Ukrayna ərazisinə hava zərbələri endirib. Partlayış səsləri paytaxt Kiyevdə və Odessa şəhərində eşidilib.

Bütün Ukrayna ərazisi boyunca hava həyəcanı elan olunub.

Xəbər verilir ki, Ukrayna Hava Hücumundan Müdafiə (HHM) qüvvələri paytaxt üzərində 40 hava hədəfini vurub.

Kiyevin meri Vitali Kliçkonun məlumatına görə raket qırıntıları Kiyevin Svyatoşinski rayonuna düşüb. Podolsk rayonunda bir evin damı uçub.

Kiyev şəhər hərbi administrasiyasının rəisi Sergey Popko deyib ki, Ukrayna paytaxtına hava zərbələri həm Şahed dronları, həm də qanadlı raketlərlə endirilib. İlkin məlumata görə xəsarət alan yoxdur.

Daha sonra Kiyevdə yenidən partlayış səsləri eşidilib. Kliçko bildirib ki, Obolonsk rayonunda küçənin hərəkətli hissəsinə raket qırıntıları düşüb. Yanğınsöndürənlər yerə düşmüş raket qırıntılarını söndürürlər. Podolskda bir nəfərin yaralandığı bildirilir.

Odessada limana zərbə endirilib

Odessada da partlayış səsləri eşidilib. Məlumatda bildirilir ki, “düşmən havadan hücum edir. Döyüş işi gedir. Bir neçə hücum dalğası ola bilər”.

Hərbçilər mülkilərə xatırladıblar ki, sığınacaqlarda gözləmək lazımdır. Bundan başqa adamlara HHM-nin işini görüntüləyən videoları çəkib yaymamaq xəbərdarlığı edilib.

Hərbi komandanlığın məlumatına görə Odessada hava zərbəsi nəticəsində liman infrastrukturunda baş vermiş yanğın söndürülüb.

Dağıntıların miqyası barədə xəbər verilmir. Məlumatda deyilir ki, ötən gecə ərzində Nikolayev vilayətində üç, Odessa vilayətində bir dron vurulub.

Lvov, Vinnitsa və Xmelnitski vilayətlərində də HHM-in işlədiyi xəbər verilir.

Zelenski: “Rusiyanı heç nə xilas etməyəcək”

Mayın 28-də Rusiya hərbçiləri Xarkov vilayətini atəşə tutublar. Bir qadının yaralandığı xəbər verilir. Petropavlovsk kəndində böyük yanğın baş verib.

Mayın 29-a keçən gecə Rusiya hərbçiləri Ukraynaya 59 dron zərbəsi endiriblər. Ukrayna silahlı qüvvələri baş qərargahının məlumatına görə dronlardan 58-i vurulub.

Prezident Volodimir Zelenski ənənəvi axşam müraciətində son hücumu Rusiyanın ən ağır hücumu adlandırıb:

"Kiyev və bizim şəhərlərimiz çox uzun müddət davam edən və müxtəlif xalqları kölə edən Moskva despotiyası tarixinə nöqtə qoyacaq. Rusiyanı nə Şahed dronları, nə də dünya boyunca alçalaraq axtardığı başqa vasitələr xilas etməyəcək”.

XS
SM
MD
LG