Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:25

Ukrayna, Gürcüstan və Moldova Avropa İttifaqına dair bəyannamə imzaladılar


Kiyevdə avropayönlü nümayiş
Kiyevdə avropayönlü nümayiş

Avropa İttifaqı ilə daha dərin inteqrasiyasiyanı nəzərdə tutan bu sənəd Batumi bəyannaməsi adlandırılıb

Ukrayna, Gürcüstan və Moldova prezidentləri Batumidə keçirilən görüşdə ölkələrinin Avropa ittifaqına üzv olmaq niyyətini ehtiva edən bəyannamə imzalayıblar.

Avropa İttifaqı ilə daha dərin inteqrasiyasiyanı nəzərdə tutan bu sənəd Batumi bəyannaməsi adlandırılıb.

Bəyannamənin mətni Ukrayna prezidentinin rəsmi saytında dərc edilib.

Bəyannamədə deyilir:

"Biz Avropa İttifaqı ilə inteqrasiya, demokratik təsisatlarımızın gücləndirilməsi və qanunvericiliyimizin Avropa İttifaqının əsas hüquqi elementlərinə uyğunlaşdırılması prosesinə sarsılmaz sadiqliyimizi təsdiqləyirik”.

Sənəddə vurğulanır ki, Ukrayna, Gürcüstan və Moldovanın Avropa İttifaqının bir hissəsi olmaq perspektivi bu ölkələrdə daha dərin islahatların keçirilməsinə stimul verir.

Sənəddə qeyd olunur ki, sözü gedən ölkələr Avropa İttifaqının qurumları ilə əməkdaşlığı, habelə azad ticarət zonasının yaradılmasını və bununla da Aİ-nin daxili bazarına inteqrasiyanı dəstəkləyirlər.

Gürcüstan prezidenti Salome Zurabişvili bu barədə belə deyib:

“Bizim ölkələrimizin bənzər cəhətləri çoxdur. Amma bunun ən əsası bizim keçmişə qayıtmaq istəməməyimzidir. Biz özümüzün Avropa gələcəyimiz uğrunda mübarizəyə hazırıq. Biz bir-birimizi dəstəkləmək barədə öhdəlik görütrmüşük”.

Şarl Mişel bəyannamənni dəstəkləditini bildirib

Batumi bəyannaməsində bu da deyilir ki, Ukrayna, Gürcüstan və Moldova Şərq Tərəfdaşlığı proqraqımını davam etdirmək əzmindədirlər və Avropa İttifaqı ilə inteqrasiya ediləcək sahələr üzrə dialoqa hazırdırlar.

Burada söhbət ilk növbədə nəqliyyat, enerji, yaşıl iqtisadiyyat, ədliyyə və daxili işlər sahələrindən gedir.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bu ideyanı dəstəklədiyini bildirib və deyib ki, bu üç ölkə üçün dəyəri 2.3 milyard avro olan “misli görünməmiş” investisiya paketi hazırlanır.

Mişelin sözlərinə görə bu məbləğ əlavə olaraq 17 milyard avro investisiyanın cəlb olunmasına şərait yaradacaq.

Öz növbəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Ukrayna, Gürcüstan və Moldovanın sərhədlərindəki Rusiya qoşunları bütün Avropa üçün təhlükə təşkil edir:

"Əgər Brüssel bizim ölkələrimizin canatımına dəmir dəstək nümayiş etdirməsə, onda kimsə bizim dövlət sərhədlərimizdə özünün dəmir əzələlərini nümayiş etdirəcək. Mənim nəzərimcə bu, təkcə bizim ölkələrimizə deyil bütün qitəyə təhlükə deməkdir”.

Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı 2009-cu ildə yaradılıb.

Proqramdan məqsəd keçmiş SSRİ-nin 6 respublikasının – Azərbaycan, Ukrayna, Belarus, Ermənistan, Gürcüstan və Moldovanın Avropa İttifaqı ilə daha sıx əməkdaşlığına şəraitin yaradılmasıdır.

Bununla belə proqram adı çəkilən ölkələrin Avropa İttifaqına üzvlüyü üçün rəsmi olaraq zəmanət vermir.

İndiyədək Gürcüstan, Moldova və Ukrayna Avropa İttifaqı ilə azad ticarətə dair assosiasiya sazişi imzalayıblar.

Azərbaycan Aİ ilə belə bir sazişin imzalanması üçün danışıqlar aparır.

Moskva bu proqramın əleyhinədir. Bu yaxınlarda Belarus Şərq Tərəfdaşlığı proqramında iştirakını dayandırdığını bildirib.

XS
SM
MD
LG