Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:59

Rusiya Ukraynaya yeni zərbələr endirir


ABŞ-dən Ukraynaya Bradley döyüş maşınları yola salınır
ABŞ-dən Ukraynaya Bradley döyüş maşınları yola salınır

Rusiya əsgərləri Ukraynanın mövqelərinə və dinc yaşayış məskənlərinə yeni zərbələr endirib. Kiyev bu haqda yanvarın 31-də məlumat yayıb. Ukraynanın şərqində ağır döyüş getdiyi bir vaxtda Prezident Volodimir Zelenski vəziyyətin “çox çətin” olduğunu deyib.

Donetsk vilayətindəki Vuhledar şəhəri Ukraynanın şərqinə nəzarət uğrunda qaynar döyüş nöqtəsinə çevrilib.

Ukrayna qüvvələrinin Baş Qərargahı şərqi Lıman və Baxmut şəhərləri istiqamətində “düşmənin hücumları davam etdirdiyini, ağır itkilər verdiyini” bildirir. Avdiyevka və Novopavliyevka istiqamətlərində hücumların da uğursuz olduğu vurğulanır.

Vuhledar döyüşləri

Ukrayna ordusu Donetsk vilayətinə Rusiyanın təyin etdiyi administrator Denis Puşilinin rusiyalıların Vuhledar istiqamətində irəliləməsi haqda iddialarını rədd edib.

“Mövqelərimizi itirməmişik”, – Ukrayna ordusunun ərazi üzrə sözçüsü Yevgen Yerin bildirib.

Rusiya və Ukrayna tərəfinin iddialarını müstəqil təsdiqlətmək mümkün olmayıb.

Rusiya rəsmisi Moskvanın Ukrayna ilə sərhəddə yerləşən Kursk vilayətinə əlavə qüvvələr və avadanlıq göndərdiyini, məqsədin sərhədi qorumaq, təhlükəsizliyi gücləndirmək olduğunu bildirib.

Yerli hakimiyyət bu ərazinin Ukrayna tərəfdən atəşə tutulduğunu deyir.

Kiyev isə Qərb müttəfiqlərini son həftələr vəd olunan ağır silahların çatdırılmasını sürətləndirməyə çağırıb. Prezident Zelenski yerdə vəziyyəti “çox çətin” adlandırıb, Rusiya qüvvələrinin “müdafiəmizi yarmaqdan ötrü davamlı cəhdlər” etdiyini deyib.

Makron qırıcı təyyarə verməyi istisna etmir

Müdafiə naziri Oleksey Reznikov yanvarın 31-də Parisdə Prezident Emmanuel Makronla görüşməlidir. Bu görüş Ukraynanın müttəfiqlərinin ona qırıcı təyyarələr verməsiilə bağlı fikir ayrılıqları fonunda keçirilir. ABŞ Prezidenti Co Bayden (Joe Biden) F-16-ların verilməsini istisna edib.

Makron isə deyib ki, Fransa müəyyən şərtlər daxilində təyyarələri verməyi istisna etmir. O, Haaqada Niderlandın Baş naziri Mark Rutte ilə birgə mətbuat konfransında Fransanın hərbi təyyarələr göndərməyi nəzərdən keçirməsi haqda suala cavabında deyib ki, şərtlərə əməl olunarsa, “heç nə istisna deyil”.

Bu şərtlərə qırıcılardan “Rusiya torpağını vurmaq üçün” istifadə olunmayacağı da daxildir. Digər şərt isə bu təyyarələri verməklə Fransa ordusunu zəiflətməməkdir, Makron vurğulayıb.

Fransa və Avstraliya yanvarın 30-da Parisdə nazirlər səviyyəsində görüşdən sonra elan ediblər ki, Ukrayna üçün 155 millimetrlik artilleriya mərmiləri hazırlanacaq.

Zelenskinin çağırışı

Ukraynanın müttəfiqləri ötən həftə ona tanklar göndərməyə razılaşıblar. ABŞ Abrams, Almaniya isə Leopard 2 tankları verəcək. Berlin digər ölkələrin də Ukraynaya Almaniya istehsalı olan bu tankları göndərməsinə razılıq verib.

Polşa vəd etdiyi 14 ədəd “Leopard 2”dən əlavə daha 60 tank göndərəcəyini açıqlayıb.

Britaniya Müdafiə Nazirliyinin yanvarın 29-da açıqladığı xəbərə görə, hazırda Ukrayna əsgərləri Britaniyada müasir silahlar üzrə təlim keçir. Ancaq vəd edilən texnikanın bir neçə aya çatdırılacağı gözlənir.

“Rusiya müharibəni uzatmaq, qüvvələrimizi tükəndirmək istəyir. Ona görə də silahların göndərilməsini sürətləndirməliyik”, – Zelenski vurğulayıb.

Rusiyanın Ukraynadan xeyli çox tankı olmasına baxmayaraq, əksəriyyəti sovet dövrü modelləridir.

XS
SM
MD
LG