Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 18:23

Ukraynada məktəblər bağlanır


Bolqarıstan
Bolqarıstan

Bolqarıstanda koronavirusdan hospitalizasiyalar son bir ayda 30 faiz artıb. Paytaxt xəstəxanalarında vacib olmayan əməliyyatlar təxirə salınır

Rusiyada koronavirusa yoluxmalar və ölüm hallarında daha bir gündəlik rekord qeydı alınıb, hakimiyyət isə lokdaun məhdudiyyətlərini yenidən tətbiq etməyə hazırlaşır.

Oktyabrın 22-də açıqlanmış rəsmi məlumata görə, son 24 saat ərzində COVID-19-a 37 mindən çox yeni yoluxma və 1064 ölüm aşkarlanıb. Yoluxmalar artıq ikinci, ölüm halları isə dördüncü gündür rekord vurur.

Prezident Vladimir Putin oktyabrın 30-dan noyabrın 7-dək “qeyri-iş” həftəsi elan edib. Moskvanın meri Sergey Sobyanin isə oktyabrın 28-dən noyabrın 7-dək lokdaun tədbirlərini yenidən tətbiq edib, bütün mağazalar, barlar və restoranlar qapadılır, yalnız vacib mallar mağazaları işləyəcək.

Rusiya koronavirusdan 228 min 453 ölümlə Avropada birinci, dünyada dördüncü yerdədir.

Nə tökərsən aşına...

Ölkədə COVID-19-a qarşı ilk vaksinin təsdiqlənməsinə baxmayaraq, 146 milyona yaxın əhalinin cəmi 30 faizə yaxını peyvənd vurdurub.

Avropa Birliyinin (AB) oktyabrın 21-də açıqladığı hesabata görə, Rusiyanın qərbdə vaksin tərəddüdü haqda sistematik dezinformasiya kampaniyası əks təsir göstərib.

Hesabatda deyilir ki, RT dövlət televiziyası və digər media orqanları vaksinlərin effekti və təhlükəsizliyi haqda rusca daxil olmaqla bir neçə dildə inamsızlıq yaratmağa çalışıblar.

“Dezinformasiya öldürə bilər. Bunu yadda saxlamaq lazımdır. Rusiyada ölüm halları artdığı bir vaxtda Kreml mediası COVID-19 və vaksinlər haqda yalanlar yaymaqdadır”, – AB-nin “Dezinformasiya Xülasəsi” adlı hesabatında deyilir.

Kreml isə vaksinlər haqda dezinformasiya aparmadığını bildirir.

Ukrayna

Son həftələr Şərqi Avropa ölkələrində də yoluxmalarda kəskin artım yaşanır, hakim orqanlar qadağalar elan edir.

Ukrayna hökuməti son 24 saat ərzində COVID-19-dan 614 nəfərin öldüyünü bildirir. Bir gün öncə bu rəqəm 546 idi. İndiyədək bu ölkədə pandemiyaya 2.72 milyon nəfər yoluxub, 63 min nəfər vəfat edib.

Oktyabrın 22-dən yoluxmaların yüksək olduğu yerlərdə məktəblər qapadılıb. Paytaxt Kiyev daxil, bu məktəblərdə iki həftəlik tətil elan olunub.

Hökumət paytaxtda ictimai nəqliyyatda vaksin sertifikatı, yaxud neqativ test nəticəsi tələb edir. Peyvənd olunmayanların restoranlara, idman və digər tədbirlərə çıxışı da məhdudlaşdırılıb.

41 milyonluq əhalinin yalnız 6.8 milyon nəfəri tam peyvənd olunub.

Latviya, Bolqarıstan, Rumıniya

Artıq Latviyada bir aylıq lokdaun elan olunub. Ölkədə yoluxmalar ən yüksək həddə çatmışdı. Bolqarıstan və Rumıniyada yoluxmalarda artım xəstəxanaların işini çətinləşdirib.

Bolqarıstanda koronavirusdan hospitalizasiyalar son bir ayda 30 faiz artıb. Paytaxt xəstəxanalarında vacib olmayan əməliyyatlar təxirə salınır.

Ölkədə hər dörd yetkin yaşlıdan yalnız dördü tam peyvənd olunub, çoxları vaksinlənməyə tərəddüdlə yanaşır. Sofiya və digər şəhərlərdə yüzlərlə insan qapalı məkanlara giriş üçün tələb olunan vaksinasiya sertifikatına qarşı etiraz aksiyalarına çıxıb.

Rumıniyada isə bu həftə gündəlik yoluxmalar 19 minə yaxınlaşıb. Ölkə üzrə hər üç yetkin yaşlıdan birinə peyvənd vurulub ki, bu da Avropa Birliyində ikinci aşağı göstəricidir.

XS
SM
MD
LG