Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:00

Ukrayna üçün “finlandiyalaşma”?


Finlandiyada Ukraynaya dəstək yürüşü, fevral, 2022-ci il
Finlandiyada Ukraynaya dəstək yürüşü, fevral, 2022-ci il

“Finlandiyalaşma”ya bənzər nəyinsə müzakirəsi belə Zelenski hökumətində suallar doğurub

2-ci Dünya Müharibəsinin bitməsindən 3 il sonra Finlandiya şərq qonşusu olan keçmiş Sovet İttifaqı ilə saziş imzalayıb. Sazişdə Helsinkinin neytrallığı, NATO-ya qoşulmayacağı təsbit olunub və bu, onillər boyunca bu ölkənin siyasətinə təsir göstərib.

Buradan “finlandiyalaşma” termini yaranıb. AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Mayk Ekel Finlandiyada bəzilərinin bunu pis söz, Kiyevdə isə təhqir hesab etdiyini yazır.

Bu həftə Kiyevə səfər edən Fransa Prezidenti Emmanuel Makronun bu termini işlətdiyi, yaxud Rusiya ilə gərginliyin aradan qaldırılmasında bunu bir ideya kimi qaldırdığı bildirilir.

Makron nə deyib

Rusiyanın Ukrayna sərhədi yaxınlığına qoşun yığması bu ölkəyə mümkün hücumla bağlı Qərbin narahatlığını gücləndirib. Makronun səfəri də qərbin diplomatik səyləri çərçivəsində gerçəkləşib.

Makron sonradan bu termini işlətdiyini danıb. Amma mətbuatda yazılanlara görə, o, özüylə səfər edən jurnalistlərə deyib ki, “bu, masada olan modellərdən biridir”. O həmçinin yeni termin haqda düşünəcəklərini söyləyib.

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 8-də Kiyevdə mətbuat konfransında Makronu dəstəkləyib.

Di gəl, “finlandiyalaşma”ya bənzər nəyinsə müzakirəsi belə Zelenski hökumətində suallar doğurub. Bunu daxili müzakirələrdən xəbərdar biri deyib.

Finlandiyalılar bunu xoşlamırlar”

“Bu, Ukrayna üçün qəbuledilməzdur”, – Kiyevdə yerləşən Razumkov Mərkəzindən Oleksiy Melnik bildirir.

“Əgər üzərinə qoyulan daimi neytrallıq kimi nəyisə qəbul edirsənsə, məntiqi olaraq, qarşılığında nəsə almalısan. Ukrayna nəsə almalıdırmı? Bu məsələdə Rusiya heç nə demir”, – o söyləyib.

Finlandiyanın özündə belə bu termin utanc, peşmançılıq hissləri ilə çuğlaşır.

“Finlandiyanın nöqteyi-nəzərindən, bu, alçaldıcı termindir. Finlandiyalılar bunu xoşlamırlar, bunu heç vaxt siyasi təklif kimi irəli sürməzlər. Finlandiyalılar heç vaxt kənar qüvvənin diktə etdiyi sistemi istəməzlər”, – Helsinkidə yerləşən Finlandiya Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı tədqiqatçısı Metti Pesu deyir.

“Bir tərəfdən, onlar çətin vəziyyətdən çıxa bildilər. Digər tərəfdən, bu, Finlandiyanın demokratiyasına, bu ölkənin beynəlxalq statusuna zərbə vurdu”, – o bildirir.

Rusiya Aralıq dənizindəki hərbi gəmilərini Qara dənizə gətirir
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

“Zəhərli təsir”

1948-ci ildə imzalanmış Sovet-Finlandiya sazişi Helsinkinin müharibədən sonra Sovet İttifaqı ilə əlaqələri üçün təməl rolunu oynadı. Moskva Finlandiyaya heç vaxt təcavüz etməyəcəyinə zəmanət verib.

Helsinkidə yaşayan, beynəlxalq siyasət, təhlükəsizlik və müdafiə üzrə araşdırmaçı Çarli Salonius-Pasternak bu sazişin daxili siyasətə “zəhərli təsir” göstərdiyini deyir.

1970-ci illərdə Prezident Urho Kekkonen dövründə Finlandiya siyasəti Moskvaya uyğunlaşdırılırdı. Ölkə siyasətində yer alanlar, yaxud media Moskva nadir hallarda tənqid edərdi.

Nobel laureatı Aleksandr Soljenitsinin əsərləri heç vaxt Finlandiyada çap olunmayıb. Onlar fincəyə tərcümə olunandan sonra İsveçrədə çap edilib.

NATO-ya inteqrasiya

Soyuq Müharibə bitəndən sonra Finlandiya Qərblə əlaqələrini sıxlaşdırdı, 1995-ci ildə Avropa İttifaqına üzv oldu. 2014-cü ildə Rusiya Ukraynanın Krım vilayətini ilhaq edəndə isə Helsinki üçün dönüş nöqtəsi oldu, Rusiyaya yanaşma dəyişdi.

Finlandiya NATO-dan kənar qalsa da, ekspertlər onun alyansa çoxlarının dərk etdiyindən daha sıx inteqrasiya etdiyini deyirlər. Dekabrda verilən açıqlamaya görə, Finlandiya ABŞ-dan 64 ədəd F-35 qırıcısı alınmasına 94 milyard dollar xərcləyəcək. Bu isə Rusiya sərhədində super-müasir ABŞ silahlarının yerləşdirilməsi deməkdir.

Moskvanın Ukraynaya qarşı “finlandiyalaşma” siyasəti tətbiq etməsi isə təhlükəli presedent yaradar, Salonius-Pasternak belə deyir.

“Bu yolla gedirsənsə, növbəti arqument Aİ barədə olacaq. Rusiyanın sənin xarici siyasət qərarlarına veto qoyması pisdir”, – o deyir.

Zelenski bunu qəbul edərsə...

AzadlıqRadiosu Zelenskinin sözçüsündən məsələyə şərh ala bilməyib.

Müəllif “filandiyalaşma”nın Ukraynanın əsas hərbi yardımçısı olan Birləşmiş Ştatlar üçün də pis söz olduğunu yazır.

NATO rəhbərliyi də Moskvanın tələbini rədd edib. Rusiya Ukraynanın heç vaxt alyansa qəbul edilməyəcəyinə zəmanət istəyir.

Ukraynada ictimai rəy isə nəzərəçarpacaq dərəcədə NATO üzvlüyünə meyllənib.

Ukrayna üçün “finlandiyalaşma”ya yaxın nəyisə qəbul etmək Zelenksi üçün siyasi baxımdan təhlükəli olar, Melnik belə deyir.

2015-ci ildə Zelenskinin sələfi Petro Poroşenko Minsk sazişlərini ikinci hissəsini imzalayanda Kiyevdə küçə etirazları başladı, onun Rusiyanın tələblərinə boyun əydiyini deyənlər vardı.

“Bəs Ukrayna Finlandiyadan nəsə öyrənə bilərmi? Finlandiyanın güclü qonşusu ilə gərgin münasibətləri idarə etmək təcrübəsi var. Onun İsveç, Norveç, qonşularımız, NATO ilə güclü müdafiə əlaqələri var. Finlandiyanın işlək cəmiyyəti ölkədə ən az korrupsiyaya uğramışlar sırasındadır. Finlandiyalılar bunlari məmnunluqla Ukraynaya təklif edə bilərlər”, – Pesu deyir.

XS
SM
MD
LG