Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:00

Uşaq oğurlamaqda ittiham olunan qadın təqsirsiz olduğunu deyir


Bakının Sabunçu qəsəbəsində iki yaşlı uşağı oğurlamaqda ittiham edilərək 7 aydır həbsdə saxlanılan Gültəkin Muradova ittihamı qəbul etmir

Bakının Sabunçu qəsəbəsində iki yaşlı uşağı oğurlamaqda ittiham edilərək 7 aydır həbsdə saxlanılan Gültəkin Muradova ittihamı qəbul etmir.

53-yaşlı Muradovanın Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi başlayıb. Onun ittiham olunduğu CM-in 144.3 (adam oğurluğu - yektinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsində 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

O, işi üzrə ilk məhkəmə iclasında bildirib ki, əsassız həbs olunub.

Vəkilin dedikləri

Muradovanın vəkili də hesab edir ki, bu iş düzgün araşdırılmayıb. Vəkil iyulun 28-də məhkəmədə vəsatət qaldırıb ki, iş təkrar istintaqa qaytarılsın, yenidən araşdırma aparılsın.

Vəkilin sözlərinə görə, uşağın valideynlərinin həyat tərzi onların ifadələrini şübhə altına almağa əsas verir:

“O cür adamların dediklərinin doğruluğunu yoxlamadan kiməsə ittiham vermək doğru deyil. İstintaq materiallarında da var, onlarda narkomaniya xəstəliyi aşkarlanıb”.

Vəkil deyir ki, istintaq dövründə üç ay ona Muradovanın müdafiəsini həyata keçirməyə imkan verməyiblər. İstintaq orqanı onu vəkil kimi müdafiə prosesinə buraxmaqdan imtina edib:

“Gültəkin Muradovanın barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılmasıyla bağlı məhkəmə keçirilib. Hər ikisində də vəkili olduğum halda, mənim iştirakım təmin olunmayıb. İstintaqda qaldırdığımız vəsatətlərin heç birinə cavab verilməyib. Bütün bunlar müdafiə hüququnun kobud şəkildə pozulmasıdır”.

Bu iş üzrə istintaq Sabunçu Rayon Polis İdarəsində aparılıb.

Hakimlər cinayət işini təkrar istintaqa qaytarmadan imtina edib. Muradova və vəkilinə deyilib ki, qaldırdıqları məsələlər məhkəmə prosesi zamanı araşdırılacaq.

“İşdə idim”

2021-ci il dekabrın 29-da Məhəmməd Şıxəliyevin oğurlanması barədə polisə şikayət daxil olub. Uşaq yanvarın 8-də tapılıb.

Uşağın anası Reyhan Şıxəliyeva bildirib ki, 2-yaşlı oğlu digər övladlarının gözü qarşısında yaşadığı evdən aparılıb:

“İşdə idim, həyat yoldaşım zəng edib, övladımızın oğurlandığını dedi. Dərhal işlədiyim bazardan evə gəldim”.

Şıxəliyeva iddia edir ki, təqsirləndirilən Muradova əvvəllər onların kirayədə qaldıqları ünvana gəlib, həm onlara, həm də ətrafda yaşayanlara sosial yardım veriləcəyi adıyla orada yaşayanları siyahıya alıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisədən sonra Məhəmməd da daxil olmaqla, bu ailənin övladları dövlət qurumlarının qərarıyla sığınacağa yerləşdirilib.

XS
SM
MD
LG