Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:57

Rüfət Səfərovun müdafiəçiləri Avropaya üz tutur


Rüfət Səfərov
Rüfət Səfərov

Keçmiş müstəntiq Rüfət Səfərovun həbsi ilə bağlı beynəlxalq təşkilatlarda danışıqlar aparmaq məqsədi ilə onun müdafiə komitəsinin nümayəndələri yaxın günlərdə Avropaya gedəcək.

Bu barədə Zərdab Rayon Prokurorluğunun həbsdə olan keçmiş müstəntiqi Rüfət Səfərovun Hüquqlarını İctimai Müdafiə Komitəsinin dekabrın 27-də keçirilən toplantısında sədr Eldəniz Quliyev bildirib.

Buna da bax:​ Keçmiş müstəntiqin məhkəməsi şüarlarla bitdi

E.Quliyevin fikrincə, müdafiə komitəsi diplomatik missiyalar və beynəlxalq təşkilatlarla işləri davam etdirməlidir.

“Azərbaycanda yeni situasiya yaranıb. İndi aktiv müqaviməti artırmaq lazımdır, daha kəskin bəyanatlarla çıxış etməliyik. Çünki bir tərəfdə heç bir demokratik sifarişi qəbul etməyən hakimiyyət, digər tərəfdə isə qurbanlar durur”, deyə o qeyd edib.

İctimai Müdafiə Komitəsi bəyanatla da çıxış edib.

“Bir daha Azərbaycan və dünya ictimaiyyətini Rüfət Səfərovun hüquqlarını aktiv şəkildə müdafiə etməyə səsləyir, siyasi sifarişçiləri gec də olsa qərəzli mövqelərindən imtina etməyə dəvət edirik. Rüfət Səfərova qarşı ədalətsizliyə imza atan şəxslər unutmasınlar ki, onlar bu əmələ görə gec-tez qanun və ədalət qarşısında cavab verməli olacaqlar”, deyə sənəddə qeyd edilir.

Buna da bax:​ 'Rüşvətalmada adətən video, şifrələnmiş pullar olur. Niyə bu işdə yoxdur?'

Xatırlatma

Keçmiş müstəntiq parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. E.Sabiroğlu ötən il Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt çıxışlar edib. Dekabrda isə R.Səfərov hüquq-mühafizə orqanlarının işinə görə hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından istefa verdiyini bəyan edib.

Bundan sonra, 2016-cı ilin yanvarında R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb.

Buna da bax:​ Üsyankar müstəntiq: 'Əli İnsanova görə həbs olunmuşam...'

Keçmiş müstəntiq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2016-c ilin sentyabrında 9 il azadlıqdan məhrum olunub və məhkəmə zalında həbs edilib.

Dekabrın 22-də Şirvan Apelyasiya Məhkəməsi Səfərovun apelyasiya şikayətini təmin etməyib.

XS
SM
MD
LG