Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:42

Yox, zarafat deyil... Azərbaycanda rublla ipoteka təklif olunub


Karikatura
Karikatura

►Ekspertlərin fikrincə, “Bank VTB”nin bu təkifi reallaşmayacaq

“Bank VTB (Azərbaycan)” ölkədə rublla ipotekaya yüksək tələbatın olduğunu düşünür.

Bu maliyyə qurumundan verilən məlumata görə, həmin bankın İdarə Heyətinin sədri Yuri Yakovlev iyunun 9-da jurnalistlərlə görüşüb.

O bu görüşdə indi Rusiyada yaşayan və işləyən azərbaycanlıların rublla ipoteka kreditlərinə böyük tələbatından söz açıb.

Y. Yakovlev-in sözlərinə görə, təhlillər də rublla ipotekaya böyük tələbat olduğunu göstərdiyindən, bank belə ipotekanın tətbiqinə çalışır.

“Bank VTB (Azərbaycan)” bu istəyini hələ ötən il dilə gətirib və daha sonra bazarı və tələbatı araşdırıb. Beləcə, gəliri rublla olanlara Azərbaycanda daşınmaz əmlak almaq üçün sözügedən kreditinin verilməsi nəzərdə tutulub.

Bank bir neçə il boyunca manat və dollarla öz ipoteka proqramını reallaşdırıb və bu proqram çərçivəsində birbaşa tikinti şirkətləri ilə çalışıb. İndi həmin proqram dayandırıldığından, “Bank VTB (Azərbaycan)” dollar kreditlərini manata çevirmək məqsədilə tərəfdaş tikinti şirkətləri ilə danışıqlar aparır. Bu bank ötən ildən bəri həm də Dövlət İpoteka Fondunun müvəkkilidir.

“Bank VTB (Azərbaycan)” rublla ipoteka istəyi 2 sualı da aktuallaşdırır: Faiz dərəcəsi necə olacaq? Rublla ipoteka mənzil bazarına necə təsir göstərəcək?

“Azərbaycanda yaşayanlara, çətin ki, maraqlı olsun”

Əmlak məsələləri eksperti Rəşad Əliyev məsələnin yeni olmadığını deyir:

“Bu, Azərbaycanda yaşayanlara, çətin ki, maraqlı olsun. Birincisi, gəlirlər rublla deyil, ikincisi, bu valyutanın məzənnəsi qeyri-sabitdir. Digər tərəfdən, ölkədə dollarla ipoteka kreditlərinə də tələbat azdır”.

____________________________________________________________

Bunlara da bax:
Prokuror Qənimət Zahidin qohumlarına ağır cəza istədi
Sovetskidə tarixi binanın üzlüyünü sökməyə başladılar

____________________________________________________________

“Rusiyada rublla ipoteka kreditləri üzrə faizlər 12-dən yuxarıdır”

Ekspertin fikrincə, rublla ipoteka kreditləşməsi Rusiyada işləyən və gəliri rublla olan Azərbaycan vətəndaşlarında maraq doğura bilər:

“Ancaq burda daha vacib məsələ ipoteka üzrə faiz dərəcələridir. Sərfəli şərtlərlə rubl ipotekalarının verilməsi üçün rublla ifadə olunan ucuz maliyyə mənbələri lazımdır. Rusiyada Mərkəzi Bankın faiz dərəcəsi 10,5 faizdir, yəni Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsindən çoxdur. Rusiyada rublla ipoteka kreditləri üzrə faizlərsə 12-dən yuxarıdır”.

“İndi görəsən VTB yalan deyir...”

Əkrəm Həsənov
Əkrəm Həsənov

Bank məsələləri eksperti Əkrəm Həsənov indi bu kreditin mümkün olmadığını düşünür:

“Maliyyə Bazarlarına Nəzarət Palatası xarici valyutada istehlak kreditini, o cümlədən ipoteka kreditini, faktik, yasaqlayıb. Buna görə də, rublla ipoteka indi mümkün deyil. Həm də inanmıram ki, buna tələbat var. Manat ola ola, rublda niyə kredit göturən olsun ki? Azərbaycanda yalnız manat ipotekasına tələbat var, çünki evlər manatla satılır. Daha sonra, elə bu “VTB” bir sıra vətəndaşımızı aldadaraq onlara dollar ipotekası sırıyıb və indi həmin vətəndaşlarımız ağır vəziyyətə düşüb. İndi də rubl ipotekasına ağlı başında olan kim razılaşar? Qeyd etdiyim kimi, Palata mayın 4-də, - sağlam borclanmaya və məsuliyyətli kreditləşməyə dair qərarı çərçivəsində, - xarici valyutada ipoteka kreditlərinə qadağa qoyub. İndi, görəsən, “VTB” yalan deyir, yoxsa bu bank Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarını heçə sayır?”.

“Biz rubldan asılı ola bilmərik”

Ekspertin qənaətincə, sözügedən ipoteka baş tusa da, bazara təsiri olmayacaq:

“Ümumiyyətlə, bu, boş sözdür. Həmin bankın dollarla ipoteka kreditləri üzrə ciddi problemləri var. İndi portfeli Beynəlxalq Banka satır və elə təəssürat yaratmaq istəyir ki, guya vəziyyət normaldır və layihə rublla davam edir. Təəssürat yaratmaq cəhdi ola bilər, amma biz rubldan asılı ola bilmərik, çünki əhalimiz ona etibar etmir. Eynən manat kimi.”

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (10 iyun)

Gələn həftəsonu keçiriləcək Formula 1 yarışlarına görə 5 günlük otel qiyməti 2500 manatdan başlanır.
Günün əsas hadisələri Azadlıq Radiosunda (10 iyun)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (10 iyun)

"Büdcədən 5 milyarda qədər vəsait yayınıb"

XS
SM
MD
LG