Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:24

İran: Pandemiyanın 5-ci dalğası, etirazların 8-ci günü (Video)


Xuzistanda etiraz
Xuzistanda etiraz

Ayətüllah Əli Xameneyi məmurları insanların problemlərini həll etməyə çağırıb.

İranda sərt su qıtlığına görə davam edən etirazların 8-ci günündə bir nəfər güllə ilə öldürülüb. Beləliklə etirazlarda ölənlərin sayı azı 5-ə çatıb.

İranın IRIB dövlət telekanalının saytında verilmiş məlumata görə iyulun 23-də habelə Luristan ostanındakı Əliqudarz şəhərində iki nəfər güllə yarası alıb.

Bundan əvvəl Human Rights Watch (HRW) beynəlxalq insan haqları təşkilatının hesabatında deyilirdi ki, “belə görünür, İran hakimiyyəti etirazçılara qarşı ifrat qüvvədən istifadə edir”.

Etirazlar Luristan ostanına qonşu Xuzistan ostanından keçib və tədricən başqa vilayətlərə yayılıb.

HRW İranın hakimiyyət orqanlarını, haqqında xəbər verilmiş ölümlərin “şəffaf” araşdırılmasına və buna görə məsuliyyət daşıyanların aşkar olunmasına, ölkədə çoxdan bəridir davam edən su probleminin həll edilməsinə çağırıb.

Təşkilatın hesabatında deyilir ki, İran hökuməti etirazçılara qarşı odlu silahdan istifadənin “narahatedici” reputasiyasını qazanıb.

Iranda 5-ci dalğa başlandı: Tehran küçələri boşaldı
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00

Xəbər verilir ki, İran hazırda son 50 ildə özünün ən pis quraqlığını yaşayır. Lakin su probleminin yaranmasında təsərrüfatsızlıq və səriştəsizlik də əsas rollardan birini oynayıb.

Bununla yanaşı ölkənin bir sıra yerlərində elektrikin verilməsi dayandırılıb.

Yoluxmalar və etirazlar sürətlə yayılır

Hazırda davam edən edən etirazlar ölkədə koronavirus pandemiyasının 5-ci dalğası ilə eyni vaxta təsadüf edir.

İranın neftlə zəngin və əhalisi əsasən ərəblərdən ibarət Xuzistan ostanında adamlar iyulun 15-dən bəri hər axşam etiraz etmək üçün küçələrə çıxırlar.

İnternetdə iyulun 22-də paylaşılan videolardan etirazların qonşu Luristan ostanına, İsfahan və Buşəhrə yayıldığı görünür.

Videolarda nümayişçilər yolları bağlayır, ölkənin dini hökumətinə və onun lideri ayətüllah Əli Xameneyiyə qarşı şüarlar səsləndirir, təhlükəsizlik qüvvələri kütlələri gözyaşardıcı qazla dağıtmağa çalışır.

Bəzi videolarda güllə səsləri eşidilir.

İran rəsmiləri etirazlarda indiyədək 1 polisin və 4 başqa şəxsin həlak olduğunu təsdiq edirlər.

Videolardan birində təhlükəsizlik əməkdaşı olduğu güman edilən şəxsin etirazçıya tapança ilə atəş açdığı görünür.

Təsdiq edilməmiş məlumatlara görə ölənlərin sayı daha çox ola bilər.

***

Bundan əvvəlı Iranın ali dini lideri Ayatolla Əli Xamenei bildirib ki, su qıtlığına görə etiraz edən insanları günahlandırmaq olmaz.

Bu barədə iyulun 23-də Reüters agentliyi məlumat yayıb.

İranın Dövlət mediasının iyulun 23-də verdiyi məlumata görə, Xamenei məmurları problemi həll etməyə çağırıb.

“İnsanlar öz narazılıqlarını bildirirlər və reallıqda biz onları günahladıra bilmərik. Onların problemlərini həll etmək lazımdır. Allaha şükürlər olsun ki, dövlət və qeyri-hökumət təşkilatlarının hamısı çalışır, su böhranının həlli üzərində işləyirlər və bu iş davam etdirilməlidir", deyə Xamenei vurğulayıb.

Qeyd edək ki, artıq xeyli vaxtdır ki, İranın cənub-qərb bölgələrində su qıtlığı və elektrik kəsilmələrinə görə, etiraz aksiyaları keçirilir.

Azadlıq Radiosu Fars xidmətinin məlumata görə, Xuzestan vilayətində çayların səviyyəsinin enməsi regionda içməli su qıtlığı yaradıb. Həmçinin zəmilərdə suvarma problemi yaranıb. Su qıtlığı öz növbəsində elektrik təchizatında da problemlərə səbəb olub.

İyulun 15-də Əhvaz şəhəri və ölknin bir neçə yerində şəhərində eyni tələblə etirazlar keçirilib.

Həmçinin iyulun 21-də verilən məlumata görə Xuzestan vilayətində yenidən etirazlar keçirilib. İranın Dövlət televiziyası həmin aksiya zamanı baş verən toqquşmalarda 1 polis nəfərinin öldüyünu bildirib. Ümumilikdə aksiyalar zamanı baş verən toqquşmalarda bir neçə nəfərin öldüyü bildirilir.

İranda sosial tələblərlə etirazlar bundan bir neçə həftə əvvəl başlayıb.Ötən ay İranın enerji sektorunda da maaşların artırılması tələnbilə tətillər keşirilmişdi.

XS
SM
MD
LG