Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 15:56

Bu il nə ilə yadda qaldı? Əmanəti batan, evindən çıxarılan, həbs olunanlar... [video]


2017: Hansı hüquqlar daha çox pozulur? [A-Live]
Gözlə

No media source currently available

0:00 0:16:02 0:00

2017: Hansı hüquqlar daha çox pozulur? [A-Live]

İnsan haqları fəalları ümumilikdə başa çatmaqda olan 2017-ci ili ən müxtəlif insan haqlarının pozulması kimi dəyərləndirirlər.

Evindən zorla çıxarılan, illərdir əkib-becərdiyi torpağı əlindən alınan, tənqidi fikirlərinə görə həbsə atılanlar.

Şahin Əhmədov deyir ki, "Bank Standard"a ailə üzvləri ilə birlikdə qoyduğu 34 min 500 dollar əmanəti geri ala bilmir. Bankın digər əmanətçiləri ilə birlikdə aidiyyatı qurumlara müraciət etsə də hələ ki nəticə yoxdur:

"Bank Standard"
"Bank Standard"

"Bu işlərin hamısı məqsədli olub. Məqsəd də insanların 3-5 manat pulunu ələ keçirmək olub. Üstəlik dövlətdən də oğurlamaq istəyiblər".

Buna da bax: 'Bank Standard'ın lisenziyası ləğv edildi

2017-ci ildə "Bank Standard"dan kredit götürüb, qaytarmayan bir neçə iş adamı həbs edilib. Bankın keçmiş rəhbəri beynəlxalq axtarışa verilib.

Bu il həbs edilənlərdən biri də “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev özü olub. O deyir ki, 2017-ci il başlayar-başlamaz müstəqil saytlara giriş Azərbaycanda məhdudlaşdırıldı. Jurnalist Əfqan Muxtarlı, AXCP sədrinin müavini Gözəl Bayramlı həbs edildi:

Buna da bax: Deputat: 'İslahatlar başlayandan vaxtı keçmiş kreditlər azalmaq əvəzinə, artıb'

Mehman Əliyev həbs olunan zaman
Mehman Əliyev həbs olunan zaman

"Ümumilikdə 2017-ci il həbslər, siyasi partiyalara təzyiqlərlə yadda qaldı. Real Vətəndaş Hərəkatı öz qurultayını keçirə bilmir. Bu da sərbəst toplaşma haqda qanuna ziddir. Ümumiyyətlə, vətəndaş cəmiyyəti və media nümayəndələri hardasa bir toplantı keçirə bilmir. Bunlar hamısı hakimiyyətin nəzarətindədir. Yəni, 2017-ci il sərtləşmə xətti ilə gedib".

Buna da bax: Mehman Əliyev azadlıqda [video]

Mehman Əliyev vurğulayır ki, 2017-ci ildə beynəlxalq təşkilatlarla, özəlliklə, Avropa Şurası Azərbaycanın münasibətləri gərginləşdi. Hakimiyyətə yaxın çevrələr hətta Azərbaycanın Avropa Şurasından çıxması ilə bağlı fikirlər səsləndirdilər. Real Vətəndaş Hərəkatının sədri İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin qərarı icra edilmədiyinə görə, Azərbaycana qarşı sərt addımların atılması da gündəmdədir.

Buna da bax:​ Mehman Əliyev: 'Demirəm ki, səhvim olmayıb'

Millət vəkili Zahid Orucsa hesab edir ki, Azərbaycan hökuməti vətəndaşlarının hüquqlarını qoruya bilmək üçün hər cür addımı atır. Amma kimlərinsə həbsinə siyasi don geyindirməklə beynəlxalq aləmdə Azərbaycanın imicinə xələl vurmağa çalışanlar var:

Zahid Oruc
Zahid Oruc

"Vətəndaşların sosial hüququ, iqtisadi mənafeyi, təhlükəsizliyi, təhsil haqları və digər hüquqları təmin edə bilmək üçün geniş miqyaslı işlər həyata keçirilir. Amma məhz siyasi, özəlliklə, media ilə bağlı problemlər daha çox qabardılır ölkədəki ümumi insan haqlarının simvolu kimi istifadə olunur və Azərbaycan haqda mənfi mənzərə yaradılır".

Buna da bax: Əfqan Muxtarlı: 'Papkanı qoltuğuna vurub bura gəlirsən, yalan danışırsan'

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli 2017-ci ildə baş verən bəzi hadisələri bir-bir yada salır. AzadlıqRadiosu-nun, “MeydanTV”nin, “Azadlıq” qəzetinin və digər media qurumlarının saytlarının Azərbaycanda bloklanması; jurnalist Əfqan Muxtarlının Tbilisidən oğurlanaraq, Bakıya gətirilməsi; "Turan" informasiya agentliyinin rəhbərinin həbsi; müstəqil jurnalistlərin ölkədən çıxışına qadağa qoyulması; həbsdəki fəallara təzyiqlər; Anar Məmmədli bu və digər hadisələri insan haqlarının pozuntusuna əyani nümunələr sayır:

Buna da bax: Hüquq müdafiəçisi: 'Çox istərdim deyəm ki, durum yaxşılaşır... Deyə bilmirəm'

Anar Məmmədli
Anar Məmmədli

"Təəssüflər olsun ki, 2017-ci il bizim xatirimizdə müsbət olaylarla qalmadı. Sadaladığımız bütün bu hadisələr Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, ölkədə insanların rifahı, insanların öz fikirlərini sərbəst və azad ifadəsi baxımından çox ciddi məhdudiyyətlərin olduğu bir il idi".

Anar Məmmədli 2017-ci ilin sonlarında nümayəndəlik institutunun ləğvini vətəndaşların müdafiə hüququna ağır zərbə kimi dəyərləndirir.

Buna da bax: 2017-nin nəticələri: 'İş o yerə çatdı ki, hökumət mediasında çalışanlar da getdi'

Bizsə Bakı sakinlərindən soruşmuşuq ki, ən çox hansı hüquqları pozulur:

Ən çox hansı hüquqları pozulur?
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

Azərbaycan rəsmiləri bir qayda olaraq ölkədə insan haqları pozuntuları barədə tənqidləri rədd edir, bu iddialarla hansısa xarici dairələri ölkənin siyasi rəhbərliyinə təzyiq göstərməyə çalışdıqlarını deyirlər. Amma yerli və beynəlxalq insan haqları təşkilatları Azərbaycanda təməl insan haqları pozuntularının ölkənin avtokratik idarə üsulundan qaynaqlandığını, bu problemlərin əksəriyyətinin hakimiyyətin başqa fikrə dözümsüzlüyündən qaynaqlandığını deyirlər.

XS
SM
MD
LG