Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:39

Yaqut Əliyeva: 'Əlifağa mənə dedi ki, sənə... yeridəcəyəm...'


Yaqut Əliyeva
Yaqut Əliyeva

Lənkəranda - polis şöbəsində özünü 3-cü mərtəbədən atan Yaqut Əliyeva AzadlıqRadiosu-na danışıb.

Ağrıdan inildəyən qadın əvvəlcə “danışa bilmirəm, halım yoxdur” deyib söhbəti ertələmək istədi. Ancaq daha sonra, öz sözüylə deyilsə, “canını dişinə tutub” söhbətə başladı. Başına gələnlərdə Lənkəran rayon polisi rəisinin müavini Əlifağa Kazımovu ittiham etdi.

Yaqut Əliyeva: 'Döymək yaxşı işdir. Adamı alçaldırdılar, elə sözlər deyirdilər ki...'
Gözlə

No media source currently available

0:00 0:05:25 0:00
Direct-ə keçid

– Məni döyürdülər, işgəncə verirdilər. Döyürdülər nə sözdür ey... “Tok”a vermək istəyirdilər, amma özümü saxlaya bilmədim, 3-cü mərtəbədən tullandım.

Buna da bax:​ Özünü polis şöbəsinin 3-cü mərtəbəsindən atıb [yenilənib]

– Siz işgəncəylə üzləşdiyiniz deyirsiniz, ancaq Daxili İşlər Nazirliyinin rəsmisi Ehsan Zahidov sizin və daha iki şəxsin adam öldürdüyünü bildirir. Zahidovun sözlərinə görə, “ifşa edildiyinizi, cəza çəkməli olduğunuzu anladığınız”dan belə davranmısınız. Üstəlik, sizə qarşı heç bir döymə, işgəncə baş vermədiyini də söyləyib.

– Yalan deyir. Mən dəliydim özümü atam? Əlifağa mənə dedi ki, sənə... (qeyri-etik ifadə) yeridəcəyəm, cinayəti boynuna almalısan.

– Əhvalatı əvvəldən danışa bilərsiniz? Polisə sizi nə zaman apardılar?

– Dekabrın 30-u idi, ya da 31-i. Yadımdan çıxıb. Orda üç gün saxladılar. Dedilər ki, sabah buraxacağıq, amma buraxmadılar. O üç gündə döydülər məni. Döyürdülər nədir ey... Adamı alçaldırdılar. Döymək yaxşı işdir. Adamı alçaldırdılar, elə sözlər deyirdilər ki... Beş polis gecəylə gəlib evimdən məni haqq-nahaq götürdülər. Qonşuma borc vermişdim. Pulumu istəyəndə böhtan atdılar, mənə hədə-qorxu gəldilər ki, filankəsi sənin öldürdüyünü deyəcəyik. Polisə aparanda da məndən izahat almadılar. Mənə pul borcu olanlardan izahat aldılar, soruşurdular: “Bu adam öldürüb?” Mən manyakıydım? Gedin mənimlə də maraqlanın kənddə, həmin şər atanlarla da. Kimdirlər, kimə işləyirlər, bir öyrənin. Birdəfəlik ayılın, ayılın! Camaat qırılır...

Buna da bax: 'Uzun illər "srok" yatanlar niyə azadlığa çıxmaq istəmir...'

– Sonra nə oldu?

– Əlifağa Kazımov mənə təpik vurdu, diz çökdürdü, dedi ki, ölü yiyələrindən üzr istə, de ki mən eləmişəm... Heç bilmirəm orda nə yazmışam, nəyə qol çəkmişəm.

– Yəni izahata qol çəkməyə sizi məcbur etdiklərini demək istəyirsiniz?

– Məcbur nədir ey... Əlimdə əlac olsa, bu saat özümü öldürərəm. Bu işi belə qoymaq olmaz. Bunu edənlərə dərs vermək lazımdır ki, başqalarına da dərs olsun.

– Bəs mərhumun qohumları nə deyirdilər?

– Heç nə. Onlar polis rəisinin yanında gözümün altına, başıma-gözümə yumruq, təpik vururdular. Qanunda belə şey var? Məni döyürdülər. Gedəndə də Əlifağa Kazımova bir telefon, bir də deyəsən, üstündə pul verdilər, “Sizə minnətdarıq” dedilər... Sonradan prokurorluğa apardılar məni. Orda izahat verdim ki, məni incidiblər, başıma bir iş gəlsə, özümü öldürəcəyəm. Prokurorluqda mənə “Azadsan, çıx get evinə” dedilər. Məni buraxdılar. Ancaq aşağıda bir polis qolumdan tutub maşına mindirib yenidən şöbəyə gətirdi. Başladılar yenidən döyməyə. Əlifağa dedi ki, düşürün birinci mərtəbədə yaxşı-yaxşı bunu... (qeyri-etik ifadə). Mən də çölə çıxanda polisə tualetə getmək istədiyimi deyib aralandım. Tualetin 3-cü mərtəbəsindən özümü atdım.

Buna da bax:​ Məhbusun intihar etdiyi deyilir

– Qaçmaq istəyirdiniz?

– Yox, qaçmaq nədir, polisin o sözünə görə özümü atdım. Polisin dediyiylə razılaşmalıydım mən? Nə qaçmaq? Mən orda asudə gəzirdim. Dustaq olsaydım, əlimi-qolumu bağlar, otağa salardılar. Amma əliaçıq gəzirdim. Məni yeməyə, çay içməyə aparırdılar. Yəni qaçmağa imkan vardı. Sadəcə, o sözə görə özümü atdım yerə. Mənə deyirdi ki, cinayəti boynuna al, yoxsa sənə neyləyəcəyik. Özümü atdım, qorxdum başıma oyun açarlar polislər. Namus məsələsinə görə, toxunmasınlar deyə... Bu hökumətin yiyəsi yoxdur. Müraciət də etdim hər yerə. Baş prokurorun birinci müavini gəlmişdi yanıma. İzahat verdim, ekspertizadan keçirdilər.

– Ailəniz sizin xəstəxanada olduğunuzu nə zaman bildi?

– Üç gün Lənkəranda xəstəxanada saxladılar, evə xəbər vermədilər. Sonra təcili yardımla Bakıya gətirdilər. O vaxt evdəkilərə xəbər verdilər.

Buna da bax:​ 'Siz bir insanların düşüncəsinə hakim kəsilən qorxunun miqyasına baxın'

– Müalicəniz necə gedir?

– Deyirlər ki, əməliyyat olunmalısan. Sınıqlarım çoxdur.

– Sonradan sizinlə maraqlanan olub?

– İki dəfə yanıma adam göndəriblər, amma qoymamışıq. Müalicəmə, əməliyyata görə pul təklif edirdilər. Bu gün də gəlmişdilər. Amma palatanın yanında duran polislər buraxmadılar.

– Öldürüldüyü deyilən qadınla – Fəxriyyə Hüseynovayla münasibətiniz necə olub?

– Münasibətimiz yaxşı olub. Yalan deyirlər, onu öldürməyiblər. “Tok” vurub öldürüb onu.

– Rəsmi məlumata görə, sizdən başqa Elgün Həşimov və Xanım Həsənova da cinayətdə ittiham olunur. Qadını itələyib öldürdüyünüz, evdən pul, qızıl götürdüyünüz deyilir. Həmin şəxslər də saxlanılıblar?

– Adıçəkilən arvadı buraxıblar, evdədir. Amma Elgünü saxlayıblar. Guya polisə söyüş söyüb, ya nəsə edib, yalandan böhtan atıb saxlayırlar. Mən oğlanı polisdə gördüm, dedi: “Mənə zülm edirlər...”. Hər yerə yazmışam. Bu işə düzgün baxılmasa, özümü öldürəcəyəm. O üç balamı gözüyaşlı qoyacağam.

Buna da bax: 'Təkadamlıq kameraya salıb səhərəcən döydülər' [yenilənib]

XATIRLATMA

Yaqut Əliyevanın 46 yaşı var, üç övlad anasıdır, özü məcburi köçkündür. Həyat yoldaşı vəfat edib. “Yoldaşım 62 yaşında təzyiqdən getdi” deyib qəhərlənir.

Ana kənddə - nənələrinin yanında qalan üç övladından narahatdır. “Qorxulu yerdir ora, qorxulu yer...”. Qadın bir neçə dəfə bu sözü təkrar edir. “Mən burdayam. Birdən uşaqlardan qisas alarlar...”.

DİN Yaqut Əliyevanın dediklərini təkzib edir.

Bu bölgədən deputat seçilən Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovsa “tədbirdə olduğundan” AzadlıqRadiosu-na şərh verməyib.

XS
SM
MD
LG