Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:18

'Bu binada yuxarıda biri ayaqyoluna gedəndə...'


Nərimanov rayonu, Mayakovski 8/9 ünvanında yerləşən yataqxana.
Nərimanov rayonu, Mayakovski 8/9 ünvanında yerləşən yataqxana.

Köçkün: “Ayda bir dəfə gedirik, Müşfiqabaddakı qaçqın şəhərciyində qalan qohumların hamamında çimib gəlirik”

“Bu binanı söküləcək evlərin siyahısına salmayıblar. Belə çıxır ki, hələ uzun illər bu xarabazarlıqda çürüməli olacağıq”.

Nərimanov rayonu, Mayakovski 8/9 ünvanında yaşayan sakinlər AzadlıqRadiosu-na danışırlar.

Buna da bax:​ 'İlham Əliyevin portretini göstərdi, dedi, get, evi ondan istə'

5 mərtəbəli yataqxana binası 1937-ci ildə istismara verilib. Binanın aşağı dörd mərtəbəsində yerli sakinlər yaşayır, 5-ci mərtəbədəsə Ağdam və Füzuli köçkünləri məskunlaşıb. Sakinlərin “Qaynar xətt”ə yolladıqları fotolardan da görünür ki, 79 ildir istismar olunan binanın durumu ürəkaçan deyil. Bina sakini Dursun Əvəzova şəraitin dözümsüzlüyündən danışır:

Nərimanov rayonu, Mayakovski 8/9 ünvanında yerləşən yataqxana.
Nərimanov rayonu, Mayakovski 8/9 ünvanında yerləşən yataqxana.

“MURDAR SULAR EVİNƏ DAMIR”

“5-ci mərtəbədəyik, binanın örtüyü dağılıb, yağış başımıza yağır. Qaz xətlərini sellofanlarla sarıyırıq. Xətlər çürükdür, birdən bütün dəhlizi qaz iyi basır. Çox təhlükəli vəziyyətdə yaşayırıq. Hamam yox, tualet yox... Ayda bir dəfə gedirik, Müşfiqabaddakı qaçqın şəhərciyində qalan qohumların hamamında çimib gəlirik. Vəziyyət dözülməzdir”.

Buna da bax:​ Kartof anbarında yaşayan ailə

Bina sakini Xəzangül Həsənova ikinci mərtəbədə durumun lap dözülməz olduğunu söyləyir:

“Döşəmə, demək olar ki, yoxdur. Uşaqları o mərtəbəyə buraxmırıq. Binada elektrik xətləri, qaz xətləri təhlükə mənbəyidir. Dəhlizlərimizə üfunətdən çıxmaq mümkün deyil. Sanitar qovşaqları sıradan çıxıb deyə, yuxarı mərtəbədə biri ayaqyoluya girəndə, aşağı mərtəbədəki mənzildə yaşayan gərək vedrə qoysun. Murdar sular birbaşa evinə damır. Otaqların hamısı xəstəlik mənbəyidir”.

Sakinlərin deməsinə görə, Fövqəladə hallar Nazirliyinin, Nərimanov rayon İcra Hakimiyyətinin və “Qaçqınkom”un nümayəndələri tez-tez binaya gəlirlər. Bina qəzalı tikililərin siyahısında olsa da, burada yaşayanların köçürüləcəyindən xəbər yoxdur.

Buna da bax:​ Qapı nömrəsi Nərminənin başına nələr gətirdi...

“BİR DAMIN ALTINDA ZÜLM ÇƏKİRİK”

Nərimanov rayonu, Mayakovski 8/9 ünvanında yerləşən yataqxana.
Nərimanov rayonu, Mayakovski 8/9 ünvanında yerləşən yataqxana.

Xəzangül Həsənova:

“Biz “Qaçqınkom”a müraciət edirik, deyirlər, ‘gedin, icra hakimiyyətinə deyin’. Bakı Şəhər İcra Hakimiyyətində də olmuşuq. Ordan bizi təzədən “Qaçqınkom”a göndəriblər. Binada 25 köçkün ailəsi var, qalanları yerli sakinlərdir. Hamımız bir damın altında zülm çəkirik”.

Nərimanov rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, Mayakovski 8/9 ünvandakı köhnə yataqxananın məsələsi bir qədər daşa dirənib. Binada köçkünlərin məskunlaşması məsələni bir qədər çətinləşdirib. Əvvəl gərək köçkünlər “Qaçqınkom”un xəttiylə bu ünvandan köçürülsünlər. Daha sonra yerli sakinlərin yerləşdirilməsi həll olunsun. Qısası, hökumət yaxın vaxtlarda bu yataqxanada məskunlaşanları sevindirməyə hazırlaşmır.

Buna da bax:​ 45 ailə yaşayan Davradibi: Çatlar evlərə çatıb...

Ümumiyyətlə, Nərimanov rayonu ərazisində istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan 219 evin söküləcəyi planlaşdırılıb.

XS
SM
MD
LG