-
“Le Monde” qəzeti (Fransa)
Bu qış Moskva küçələrini bürüyən anti-putin nümayişlərində üç məşhur yazıçı var idi: tarixi detektiv romanların müəllifi Boris Akunin, məşhur romançı Lüdmila Ulitskaya və inqilabçı-şair Dmitri Bıkov. Bəs hökumət onların sözünə baxdımı?
“Yazıçıların böyük ictimai rola sahib olduğu zamanlar artıq geridə qalıb” – jurnalistləri Moskvanın “Kitay-qorod” bölgəsindəki evində həyat yoldaşı ilə birlikdə qarşılayan Boris Akunin deyir.
Özəl detektiv Erast Fandorin və rahibə Pelageyanın yaradıcısı olan müəllif özünü əyləncə janrında peşəkar hesab edir.
Lakin, o Rusiyanın siyasi həyatında çox məşhurdur və ən məşhur bloqqerlər, musiqiçilər, jurnalistlər və başqa bu tip peşələrdən olan ictimai şəxslərlə birlikdə etiraz hərəkatının “ulduzlarından” birinə çevrilmişdir.
Boris Akunin olduqca təvazökar adamdır, o özünü nə Sartr, nə də Soljenitsin hesab etmir.
Əgər ölkəyə fikir versək, az qala ayağa qalxıb, hakimiyyətə qarşı səsini ucaltmayan yazıçı (xüsusilə romançılar) tapılmaz.
Onların hamısını birləşdirən terror və QULAQla idarə edilmiş qorxunc keçmişi olan Rusiyanın nəticəsi və davamı - Putin Rusiyası və onun yeni seçilmiş prezidentidir.
Sovet İttifaqının kabusu hələ də insanların yaxasını buraxmayıb və onları izləməyə davam edir.
Bu kabus yazarları hətta elmi-fantastik əsərlərdə də izləyir, onlardan birinə misal kmi Dmitri Qluxovskinin “Metro 2033” adlı bestseller romanını göstərmək olar.
Burda güya nüvə müharibəsindən sonra sağ qalanlar Moskva metrosunda toplanır. Rus tənqidçisi Konstantin Milçinə görə, SSRİ-nın süqutundan 20 il sonra belə sovet sistemi yazıçıların əksəriyyətinin təsvir etdiyi “zəhlətökən ideyaya” çevrilib.
“Bizim gələcəyimiz yoxdur, ancaq keçmişimiz var. Bu hər yerə yayılmış zəhər
kimidir”, - bunu dəbdə olan, gözəl dizaynlı və rəngarəng mətbəxi olan bir kafedə mənimlə görüş təyin etmiş bir jurnalist demişdi.
“1990-cı illərdə ilk romanımı bitirdikdən sonra Sovet İttifaqının, güllənin yaradan çıxdığı kimi, canımdan çıxacağını düşünürdüm. Lakin, bu baş vermədi. Görünür güllə dərinə işləyib” – deyə Monrealda yaşayan Yelena Boçorşvili adlı romançı öz elektron məktubunda mənə yazmışdı.
Gənc ya da gənc olmayan, 1953-cü ildə Stalinin ölümündən əvvəl ya da sonra anadan olan yazarlardan heç birisi keçmişdən qaça bilməyiblər.
“Boris Akuninin romanlarında hadisələr Sovet imperiyası dönəmində baş verir, Lüdmila Ulitskayanın kitabları isə başdan-başa sovet dönəmindəki hadisələri əhatə edir, sanki o bununla uşaqlıqda aldığı travmalardan yaxasını qurtarmağa çalışır” – deyə Dmitri Milçin bildirir.
Müasir rus ədəbiyyatında, janrlar dəyişə bilər, stil dəyişər, amma həmin xəstəlik mütləq öz təsirini göstərəcək.
İndi Rusiyada yeni nəslin ən parlaq yazarı Vsevolod Beniqsen də axrıncı “anti-utopik” romanında, KQB-nin bütün dissidentləri bir araya topladığı və onlara ürəklərindən nə keçirsə yazmağa icazə verdiyi bir xəyali adanı təsvir edir.
Cəhənnəmə xoş gəlmisininz... Bura karyerasına KQB-də başlamış Vladimir Putinin Rusiya cəhənnəmidir. Onun rejimində eynilə Beniqsenin iyrənc adasında olduğu kimi, heç bir yazıçı vicdanla deyə bilməz ki, rejimin senzurasından əziyyət çəkmir: hakimiyyətin qoruyucu mələkləri diqqətlərini ən çox televiziyaların üzərində toplayıb, yazarların üzünə bütün televiziyalar bağlıdır. Bunu Boris Akunin (əsl adı Qriqori Şavloviç Çxartaşvilidir) gürcü kökünə görə ona rahatlıq verməyən millətçilərə baxmayaraq, hamıdan əvvəl etiraf etməyə hazırdır.
“Yazıçı adı – iftixarlı səslənir” – bunu sovet ədəbiyyatının ulduzu Maskim Qorki demişdi (əslində isə Qorki “Dibdə” adlı pyesində “yazıçı” deyil, “insan” adının iftixarlı səsləndiyini deyirdi).
Viktor Pelevinin “P nəsli” romanının qəhrəmanı peşəsini reklamçılıqla dəyişdirən şairdir. Bu XXI əsr Rusiyasınamı işarədir? SSRİ-nın süqutu gözlənilmədən xarici aləmə qapıların açılması və kapitalizmin təşəkkül tapması, azad səyahət, alış-veriş və əyləncə imkanlarının yaranması insanların başını gicəlləndirdi.
“Ədəbiyyat taxtından düşdü” – bunu Paris Univerisitetinin keçmiş rektoru və iki dildə “Rus ədəbiyyatı” (Les Lettres russes) dərgisinin təsisçisi İren Sokoloqorskaya deyir.
Dəmir pərdələr dönəmində, hələ kinonun, televiziyanın (hələ interneti də nəzərə alsaq) insanların həyatını əks etdirmədiyi bir dövrdə həqiqətən çox böyük mənaya malik olan kitab bu gün kəskin şəkildə əhəmiyyətini itirib.
Jurnalist Arkadi Babçenko kitabın parlaq dövrü haqqında ancaq yaşlı adamların söhbətlərindən eşidib. Onun Çeçenistan haqqında yazdığı “Müharibənin rəngi” adlı hekayələr toplusu, 2000-ci illərdə Moskvada çap olunsa da, indiyədək “heç bir əks-səda yaratmayıb”. Onun kitabı, çeçen konfliktini qabardan heç ilk kitab da deyil, lakin onlardan heç biri auditoriyanın diqqətini çəkməyib. “Susqunluq rejimdən deyil, cəmiyyətdən gəlir”, Babçenko deyir. Onun amerikan yazıçısı Conatan Littel tərəfindən yüksək qiymətləndirilən hekayələri, hələ də rus cəmiyyəti tərəfindən dəyərləndirilməsini gözləyir.
Keçmiş əsgər Babçenko çeçen konfliktində ən birinci Vladimir Putini günahlandırır: “Bu adam “seçilmək” üçün, həyasızcasına ikinci Çeçen müharibəsini (bu müharibə rəsmi olaraq 2000-ci ilin fevralında başa çatdı) başladı”. Başını keçəl qırxdırmış, lakin davranışlarında əsl centlmen olan bu reportyor bütün Rusiya rəhbərliyinə və “xüsusi olaraq da Putinə” “səmimi qəlbdən” nifrət etdiyini deyir.
Onun rəhbərliyə belə düşmən münasibəti başqa səbəblə də izah oluna bilər, belə ki, onun işə düzəldiyi üç özəl televiziya “hökumətin göstərişi ilə” bir-birinin ardınca qapadılıb. İşsizlik və müharibə təcrübəsi onun xarakterini möhkəmləndirib. Babçenko Putin əleyhinə keçirilən bütün mitinqlərdə iştirak edib və mübarizəni davam etdirməyi düşünür. “Mənim beş yaşlı balaca qızım var. İstəmirəm ki, rüşvətxorluq və pravoslav faşizminin ayaqda saxladığı qorxu hakimiyyətinin ağalığı altında olan bir ölkədə böyüsün”. – O təmkinlə izah edir.
Bu gənc Moskvanın cənubunda saysız-hesabsız gecəqonduların yerləşdiyi bir rayonda yaşayır. Yazıçı Yuri Buyda da onunla eyni ərazidə yaşayır. Bu onların yeganə oxşar cəhətidir. “Üçüncü ürək” romanının müəllifi olan bu yazarın Puşkin meydanındakı mitinqlərə getməyə zərrəcə də istəyi yoxdur. Kalininqradda böyüyüb boya-başa çatmış, imperiya ucqarından paytaxt ətrafına köçmüş bu yazar son 20 ildə keçirilən ən böyük etiraz aksiyalarına belə ehtiyatla yanaşır. O bu ziyalı cəbhəsini (“Onları tanıyıram, mənim dostlarımdılar...”) və maddi cəhətdən təmin olunmuş adamları (“onlar ayda təqribən 3000-4000 avro arası pul qazanırlar”) gülüşlə qarşılayır, bildirir ki: bu çoxbilmiş adamlar çox səyahət edirlər və istəyirlər ki, hakimiyyət onların
sözünə qulaq assın, əslində isə onlar rus əyalətlərindən, “yaşamağın çox çətin olduğu, qida, səhiyyə, məktəb, yaşayış yerlərinin sadəcə dəhşətli vəziyyətdə olduğu” susqun kəndlərdən olduqca uzaqdılar.
Bununla belə, “milyonlarla rusiyalının” əziyyət çəkdiyi kasıblıqdan və dövlət idarələrinin özbaşınalığından (o bunu “dövlət cinayətləri” adlandırır) əziyyət çəkən Lüdmila Ulitskaya əksini düşünür. O heç nədən qorxmadan rejimə qarşı etiraz səsini ucaldır. Rusiyada və onun sərhədlərindən kənarda tanınmış bu romançı, səs-küy yaratmadan vaxtının (həm də pulunun) çox hissəsini uşaq evlərinə və kitabxanalara xərcləyir.
Ulitskaya etiraf edir ki: “Mədəniyyətlə qaba gücün toqquşması zamanı adətən ikinci qalib gəlir”. “Lakin bu kədərli gerçəkliyə baxmayaraq, mədəniyyətin müdafiəçiləri müqavimət göstəməyə davam edirlər”, - rəssam Andrey Krasulinin arvadı Moskvadakı evinin kiçik mətbəxində kofe hazırlayara-hazırlaya deyir.
O gülümsəyərək deyir: “İndi bir stol arxasında otururuq. Mən kiminsə qapı arxasında danışdıqlarımı dinləməsindən narahat olmadan, açıq danışa bilirəm. Deməli, hər halda cəmiyyətdə hansısa tərəqqi var”. O da hər bir rus kimi sovet keçmişini geridə qaldığınımı demək istəyir?
Rusiyada və onun sərhədlərindən kənarda böyük səylə mədəniyyəti və ədəbiyyatı müdafiə edən adamlar ancaq kitablarla silahlanıb.
“SSRİ özlüyündə elə bir adamyeyən nəhəngin cəsədidir ki, hələ də basdırılmayıb. Gəlin onu Almaniya ilə müqayisə edək, belə ki, Qərb orda bir qəbir qazıb bütün nasist keçmişini ora basdırmağa kömək etdi. Bizdə isə Yelsinin dövründə, cəsədi taxta kəpəyinin içinə atıb dedilər ki, o özü çürüyəcək, bizsə irəli addımlamalıyıq”, - Vladimir Sorokin bu yaxında “Oqonyok” dərgisinə verdiyi müsahibədə istehza ilə deyir.
“Viy: Şubertin Qoqolun sözlərinə yazdığı vokal dövrə” kitabının müəllifi Leonid Qrişoviç hesab edir ki, “stil sarıdan Putinlə Navalni arasında elə bir fərq yoxdur, onlar hər ikisi insan kütləsini eyni yolla transa salırlar”.
Hannoverdən yazdığı elektron məktubunda Qrişoviç deyir: “Ölkə bundan əvvəl içində yaşadığı rejimin cinayətkar simasını qəbul etməsə, heç nə dəyişməyəcək”.
“Şərq bloku ölkələri həmişə bütün günahı Sovet İttifaqının üstünə ata bilər. Amma bizim buna haqqımız yoxdur,” – bunu NLO nəşriyyatının baş redaktoru İrina Proxorova (milyarder Mixail Proxorovun bacısı) deyir. O, yaxın zamanlarda Moskva andeqraundundan olan Dmitri Piroqovun (1940-2007) yaddaşını itirmiş Rusiyanın portretini çəkdiyi üç romanını dərc etməyə hazırlaşır.
Həmin vaxt Boris Akunin artıq Sen-Maloda (Fransada varlı adamların yaşadığı kiçik adadır-tərc) yerləşən “qülləli” sarayına qayıdır, o buranı yaradıcılıq üçün ideal yer hesab edir.
Puşkin meydanında mitinqə çıxdıqdan sonda yazıçı yeni kitabı üçün yaxşı mövzu tapıb.
Onun mövzusu 1917-ci ilin inqilabı olacaq. “Keçmişin zəncirlərini qıraraq”, axı “İnternasional” da (beynəlxalq proletar himni-tərc) belə oxuyurlar?
Mətnin orijinal adı: Moscou : écrivains contre Poutine
Müəllif: Catherine Simon
15/03/2012
Çeviri: Namiq Hüseynli