Vergilər Nazirliyi Bakıda - Süleyman Rüstəm küçəsindəki 9-cu evdə qeydiyyata alınan daha bir şirkətin qurulması barədə bilgini kommersiya şirkətlərinin məlumat bazasına daxil edib.
Mayın 25-də Ali Məhkəmənin qərarı ilə jurnalist Xədicə İsmayılovanın şərti azadlığa buraxıldığı ərəfədə prezident İlham Əliyev qızıl mədənləri ilə bağlı yeni sərəncam verib.
Və ya nə yoğuran, nə yapan, amma hazırca kökə tapan şirkətlər...
Azərbaycanda çayın idxal-ixrac əməliyyatlarına göz gəzdirincə, Dövlət Statistika Komitəsinin gömrük hesabatlarını «malaladığı» üzə çıxır.
Yeni araşdırmaya görə Azərbaycan prezidenti İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalar və onların dayısı oğlanları Mircəlal və Mircamal Paşayevlər Londonda milyonlarla dollarlıq mülklərin sahibidirlər.
Ötənilki statistik məlumatlar çox təzadlı olduğundan, gömrükdə baş verən yayınmaları yetərincə açıq illüstrasiya edir.
Nizamnamənin qəbulundan azı 8 il ötsə də, o zamandan bu günədək AZAL hesabatını nə korporativ saytına yerləşdirir, nə də KİV-də dərc edərək ictimaiyyətə açıqlayır.
Hafiz Paşayevlə bağlı ADA Fondunun ABŞ-da neçə daşınmaz əmlakı olduğu qeyri-müəyyən olaraq qalır. Ancaq bir şey aydındır ki, fond Vaşinqtonda nağd pulla daşınmaz əmlak alan, Azərbaycanla əlaqəsi olan yeganə korporasiya deyil.
Baba, oğul və nəvə Ağazamanovların şirkətləri «Ginnesin rekordlar kitabı»na düşəsi bir “işi” bacarıb: son 5 ildə, onlar demək olar, hər gün bir tenderin qalibi olublar.
Təhqiqat Jurnalistlərinin Beynəlxalq Konsorsiumunun məqaləsində söhbət dünyanın 1 faizini təşkil edən zənginlərin dövlətdən və arvaddan gizlətdiyi pullardan gedir
İsveçrədən biri ortalama 23 059 dollara gətirilən bahalı saatı Azərbaycan gömrüyündə 85 dəfə «ucuzb» - 271 dollara sənədləşdiriblər. Dövlət büdcəsi saat biznesindən milyonlar itirir.
Uğurlu görünən bir şirkətin qəfildən qapadılması korrupsiya izinə salır.
Davamı