AZAL dövlət pullarını ailə biznesində itirir? Şirkətin Azərbaycanda gizlətdiyi, Britaniyada açıqladığı maliyyə hesabatları böyük suallar doğurur...
AzadlıqRadiosunun yerli media və Daxili İşlər Nazirliyinin gündəlik kriminal xronikası əsasında apardığı qısa araşdırmadan belə olur ki, qəzalar zamanı məmur övladları əsasən bu markalı avtomobili idarə ediblər.
Qərb istehsalı olan kişi və qadın geyimlərinin satışı üzrə ixtisaslaşmış mağazalar şəbəkəsinə sahib şirkətlər qrupunun hesabatından görünür ki, satış gəlirləri maya dəyərini 2015-ci ildə 5, 2016-cı ildə isə 3 dəfə üstələyib.
Nazirlik «bir neçə gün də gözləyin» deyir.
«Bakı Metropoliteni» QSC reklam işləri üçün malların alınmasından ötrü 262 min 855 manat ödəyəcək.
İstanbulda qurulan «Gemikaya Dış Ticaret Enerji Sanayi ve Ticaret Limited» şirkətindəki əlli faizlik pay digər ortaq – Emin Uçara satılıb.
Bankların müflisləşdiyi, ağır zərərə düşdüyü bir dövrdə «Kapital Bank» ASC aktivlərini 904 milyon manat artırdığını, 52 milyon manatdan çox mənfəət qazandığını elan edib.
«Azərbaycan Dəmir Yolları» QSC-nin İnfrastruktur Departamenti Belarusun «Amkodor-Baku» şirkəti ilə 6 milyon manat (təxminən 3 milyon 510 min ABŞ dolları) dəyərində müqavilə bağlayıb.
Milli aviaşirkət 100 min ton reaktiv aviayanacağın alınmasından ötrü elan etdiyi tenderin davamından imtina edib. Səbəb göstərilmir.
Bugünlərdə yay mövsümünü açıq elan edən «Şahdağ Turizm Mərkəzi» QSC ötən il zərərlə işləyib.
Biznesini əsasən Rusiyada cəmləşdirən Azərbaycan əsilli işadamı, «ISR Holding» şirkətlər qrupunun prezidenti İskəndər Xəlilovun Azərbaycandakı şərikli şirkətinin ləğvinə başlanıb.
Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi – «MİDA» MMC üç yaşayış binasının tikintisi üzrə özəl şirkətlər arasında keçirilən müsabiqəyə yekun vurub.
Davamı