Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:48

Növbəti teledebatda nədən danışıldı…


İTV-də teledebatlar martın 16-dək davam edəcək
İTV-də teledebatlar martın 16-dək davam edəcək
«Konstitusiyaya dəyişikliklər 40 ildir qısa fasilələrlə Azərbaycanda hakimiyyətdə olan ailənin hakimiyyətini uzatmaq üçün həyata keçirilir. Bu, İlham Əliyevin istədiyi qədər prezident olmaq səlahiyyəti əldə etməsi üçün həyata keçirilir».

Bunu martın 7-də İctimai Televiziyada (İTV) keçirilən debatlarda «Respublikaçılar» təşviqat qrupunun səlahiyyətli nümayəndəsi İsa Qəmbər deyib. O, sual edir:

«Nəyə görə cinayətkar Koçaryan, avtoritar Putin bu dəyişikliyə getmir, ancaq İlham Əliyev gedir? Koçaryan da, Putin də bilirlər ki, belə bir addım ölkələrini dünya miqyasında hörmətdən salacaq. Bu təşəbbüsü müdafiə edənlər də görünür, Azərbaycanın dünyada yeri barədə düşünmürlər. Başa düşmək istəmirlər ki, sabah Qarabağ və başqa məsələlərin həllində Azərbaycanda demokratiyanın olmaması, avtoritarizmin gündən-günə güclənməsi düşmənlərimizin, rəqiblərimizin əlində güclü arqumentə çevriləcək...».

«Hüquq və demokratiya» təşviqat qrupunun vəkili Qüdrət Həsənquliyev isə bildirib ki, İlham Əliyev nə Putin, nə də Koçaryandır:

«İlham Əliyev öz xalqını gülləboran edib, 10 nəfəri qətlə yetirərək hakimiyyətə gəlməyib... Referendum əleyhinə olan qüvvələr gözləyirlər ki, zaman gələcək İlham Əliyevin səlahiyyət müddəti başa çatacaq, ola bilsin, növbəti zəif prezident olacaq və onlar ona qalib gələcəklər...».

«Yeni Azərbaycan» təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Əli Əhmədov isə öz növbəsində, Əliyevləri öz sələfləri ilə müqayisə edib:

«İsa Qəmbər ikinci dəfədir ki, Əliyevlər hakimiyyətinin 40 il davam etməsi haqqında danışır. 1969-2009-cu ilə kimi Azərbaycanda 7 nəfər hakimiyyətdə olub, onlardan ikisini çıxdıqda, qalan 5 nəfər hakimiyyətdə üst-üstə 10 il duruş gətirə bilib. Bu adamlar Azərbaycana rəhbərlik edə bilirdilərsə, niyə hər ildən bir Azərbaycanda hakimiyyət dəyişikliyi olurdu? Onlardan fərqli olaraq, Əliyevlərin hakimiyyəti dövründə Azərbaycanda əmin-amanlıq olub, ruzi-bərəkət, inkişaf olub. Bu gün isə İlham Əliyev bu hakimiyyəti Azərbaycan xalqına xidmət etməkdən ötrü istifadə edir...»
XS
SM
MD
LG