Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:51

NATO Parlament Assambleyasının sədri İ.Əliyev və R.Koçaryanı Parisə dəvət edir


NATO Parlament Assambleyasının sədri Pyer Lelluş, 16 oktyabr 2003
NATO Parlament Assambleyasının sədri Pyer Lelluş, 16 oktyabr 2003

Azərbaycan nə vaxtsa NATO üzvü ola bilərmi? NATO Parlament Assambleyasının sədri Pyer Lelluş deyir ki, Azərbaycanın böyük potensialı var, ancaq Azərbaycanda demokratiya ilə bağlı problem də var. Müxbirimiz Mais Əlizadə ilə söhbətində İranın nüvə proqramına toxunan NATO rəsmisi bildirib ki, bu, qonşu ölkələrə də təhlükədir. Müsahibəni təqdim edirik.


- Azərbaycan NATO münasibətləri barədə nə dəyə bilərsiniz?


- Azərbaycan NATO Parlament Assambleyasının assosiativ üzvüdür. Münasibətlərimiz əladır. Biz mayın axırında Azərbaycan nümayəndə həyətini Parisdə plenar iclasda qəbul edəcəyik. Azərbaycan prezidenti cənab İlham Əliyev bu ayın axırında Parisə gəlmək üçün mənim təklifimi qəbul edib. Bu, çox maraqlı olacaq. Çünki başqa dövlətlərin başçıları ilə birlikdə o, da parlamentarların suallarına cavab verəcək. Başqa dövlət başçıları da olacaq, amma Əliyevin dəvətimi qəbul etməsindən məmnunam.


- Azərbaycanın gələcək 10-15 ildə NATO üzvü olacağına inanırsınızmı?


- Mən bunu bilmirəm. Ancaq onu bilirəm ki, Azərbaycanın güclü potensialı, böyük iqtisadi resursları, inkişafa böyük səyləri var. Demokratiyaya doğru gedən yol möhkəmlənərsə və əgər Azərbaycan üzvlüyü istəyərsə, düşünürəm ki, NATO buna baxmalıdır. Amma bilirsiniz, burda hərbi sistemin uzlaşdırılması, iqtisadi inkişaf baxımından şərtlər var. Düşünürəm ki, Azərbaycan şərtlərə sürətlə ayaqlaşır. Bundan başqa, burda demokratiya və siyasi təkamüllə bağlı problemlər var.


- Bəs, insan hüquqları?


- Düşünürəm ki, bu, daxili məsələdir və ümid edirəm ki, Azərbaycan alyansın demokratik prinsiplərinə tam uyğunlaşacaq.


- Dağlıq Qarabağ münaqişəsinin həlli və NATO-nun rolu barədə nə deyə bilərsiniz?


- Çalışırıq kömək edək. Bu günlərdə Gürcüstana yola düşürəm ki, Rusiya-Gürcüstan əlaqələri ilə bağlı məsələlərin həllinə kömək edim. Həmçinin bir az əvvəl bildirdiyim kimi Parlament Assambleyasının sədri olaraq Parisdə prezidentlər Koçaryan və Əliyevlə görüşəcəm. Biz həll yolu tapmağa çalışırıq. Çünki bu çox dağıdıcıdır. İtkilərə və resursların tükənməsinə gətirir, insan tələfatına, əzablara səbəb olur. Bu arxada qalmalıdır. Qafqaza sabitlik gərəkdir. Mən Dağlıq Qarabağda səngərlərdə olmuşam və bunun iki xalq üçün nə qədər çətin olduğunu bilirəm. Mən Azərbaycanda qaçqınlar problemini bilirəm və onların halına acıyıram. Bilirsiniz ki, mənim ölkəm – Fransa Minsk Qrupunun üzvüdür və başqa əlimizdən gələni də edirik. Mən Koçaryanı da Parisə çağırmışam. Düşünürəm ki, iki prezident danışıqlar yolunda çalışacaq. Müharibə həll yolu deyil.


- Bəs, İranın nüvə proqramı və Qafqaza təhlükələr barədə nə deyə bilərsiniz?


- Düşünürəm ki, İranın nüvə silahı əldə etməsi heç kəsin marağında deyil. Bu, çox çətin məsələdir. Bu, hər kəs üçün böyük təhlükədir. Çoxlarının düşündüyü kimi, təkcə İsrail üçün yox. Bu, Avropanın problemidir. Çünki tezliklə şəhərlərin çoxu İranın nüvə raketlərinin uçuş məsafəsində olacaq. Bu, Türkiyə kimi ölkələr, bütövlükdə Yaxın Şərq üçün təhlükədir.



- Qafqaz üçün də təhlükədir?


- Qafqaz üçün də. Və qorxuram ki, bu, bölgədəki bir çox ölkələrdə, istər müsəlman, istər qeyri-müsəlman ölkələrində «qartopu effekti»nə səbəb olar. Çünki bir çoxlu ölkə İranın nüvə silahı əldə edə bilməsindən təşviş keçirir. Məncə, iranlılar hər kəs kimi nüvə enerjisinə yiyələnmək haqqına malikdirlər… Amma eyni zamanda bunu da nəzərə almalıyıq ki, nüvə enerjisinə malik olan ölkələrin sayı da sürətlə nəzarətdən çıxa bilər.



XS
SM
MD
LG