Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:25

Xameneyi: «Azərbaycan İrandan ayrılmazdır»


Iranın Ali Dini rəhbəri Ayətullah Xameneyi, 4 noyabr 2005
Iranın Ali Dini rəhbəri Ayətullah Xameneyi, 4 noyabr 2005

Ərdəbil millət vəkili etirazların dayanması üçün İranın mədəniyyət nazirinin istefasını tələb edir, İran Azərbaycanın bəzi şəhərlərində isə yeni etiraz aksiyaları keçirilib


Dünən Tehranda nümayişlər keçirilməsə də Təbrizdə etirazlar baş verib. Təbrizdə həddindən çox yaşıl paltar geymiş adamlar var. Onlar əhali ilə pis rəftar edir, onları tutur, incidirlər. Azərbaycandan olan parlament üzvləri Təbrizdə yaranmış vəziyyətlə bağlı Ali Dini rəhbər Ayətullah Xameneyi ilə görüşdülər. Xameneyi vəziyyəti yumşaltmaq üçün Azərbaycan dilində şüarlar səsləndirib. O, deyib ki, azərbaycanlılar İran inqilabının sahibləridir və bu yolda qurbanlar verib. «Azərbaycanın ziyalıları düşmənə cavab verəcəklər. Azərbaycan oğulları İrandan ayrılmazdır». Xameneyi oxşar bəyanatı hələ İran inqilabının əvvəllərində işlədib.


Verilən məlumatlara görə, aksiyalar zamanı həbs olunan azərbaycanlılardan bəziləri azadlığa buraxılsa da hələ də həbslər davam etməkdədir. Ancaq Təbrizdə keçirilən nümayişlərdə iştirak edənlərə rəhm edilməyəcəyi haqda dövlət rəsmilərinin bəyanatları səsləndirilib.


Ehtimal var ki, hələ iyirmi nəfərə yaxın şəxs də tutula bilər. Ərdədildən olan deputat Nurəddin Pirmuəzzin deyib ki, etirazlara son qoymaq üçün mədəniyyət naziri istefa verməlidir. Nəqədə şəhərindən millət vəkili Rəsul Purzaman da deyib ki, Nəqədədə dörd nəfər adam ölüb və şəhər silahlı məmurların əlindədir. O, Urmiyədə 50 min nəfərin etirazlara qatıldığını bildirib.


Dünən Parsabadda polislə əhali arasında toqquşma olub. Polis dinc nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Polis xalqa həmlə edərkən jurnalistlər də xəsarət yetirib.


DİNLƏYİN!


XS
SM
MD
LG