Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:24

«Azərbaycan «Tək millət, iki dövlət» prinsipinə riayət edirmi?»


«Azərbaycan məsələsi ilə bağlı olaraq Türkiyəni yersiz və haqsız təzyiq altına almağın heç bir faydası yoxdur»
«Azərbaycan məsələsi ilə bağlı olaraq Türkiyəni yersiz və haqsız təzyiq altına almağın heç bir faydası yoxdur»
Dünənin polemika mövzularından biri Azərbaycan-Ermənistan mövzusu idi.

CHP sədri Dəniz Baykal Türkiyənin Ermənistanla apardığı müzakirələri «Cümhuriyyət tarixinin ən böyük diplomatiya səhvi» kimi xarakterizə etdi. Bundan əlavə prezident Abdullah Gülə müraciət etdi və «Dərhal Bakıya getməlidir. Əliyevlə görüşməlidir. Əgər bir səhv varsa, bu, aradan qaldırılmalıdır. Türkiyə Somaliyə, Bəhreynə göstərdiyi diqqəti Azərbaycandan əsirgəyə bilməz»-, dedi.

Türkiyənin Ermənistanla apardığı müzakirələrin «Cümhuriyyət tarixinin ən böyük diplomatiya səhvi» olduğu iddiası xeyli su aparar, ancaq Baykalın sözlərinin «Adi bir demaqogiya örnəyi» olduğu da şübhə götürməz.

Baş nazir Tayyip Ərdoğan da eyni məsələ ilə bağlı bəzi sözlər dedi. Onun bu günə qədər Azərbaycanı heç tənqid etməməsi və dünənki çıxışında tənqid dozası olduğuna görə dedikləri maraqlı və «yeni» idi.
Olan iş - Rusiyanın Azərbaycan üzərindən dövriyyəyə girməsi, Azərbaycanın da Rusiya ilə rəqs etməyə qərar verərək Ermənistanla münasibətlərində məsafə qət etmək istəməsidir. Ola bilər. Ancaq bu, Türkiyəni Azərbaycana qarşı səhv iş gördüyünə dair mövqeyə yerləşdirməz. Azərbaycanın Türkiyəyə qarşı çox gözəl səhv etdiyindən söhbət aça bilərik


«Türkiyə üçün çox həssas bir məsələdən sui-istifadə edildiyini» deyən baş nazir, «Belə bir məsələdə öz mənafelərini düşünürlər. Burada Azərbaycanın mövqeyi də səhv oldu. Biz Azərbaycanı getdiyimiz hər yerdə dəstəklədik. Biz onları onlardan daha çox düşündük. Heç vaxt tək qoymadıq. Nağaranı, zurnanı, çomağı əlinə alanlar səhv və çirkin hərəkət edirlər. Bu, heç kimə bir şey qazandırmaz»-, dedi.
Düz dedi.

Türkiyə ilə Azərbaycan arasında son günlərdə meydana çıxan «krizis atmosferində» səhv edən tərəf Türkiyə deyildir. Bu «krizis atmosferi» Azərbaycan tərəfindən yaradıldı və bunun dalında Rusiya durur.

Son günlərdə cərəyan edən hadisələr bu proqnozu təsdiq etdi. Türkiyədən «incik» havalara girən və 6 apreldə İstanbuldakı «Mədəniyyətlər İttifaqı Forumu»na gəlməyərək Tayyip Ərdoğana «hava atan» Azərbaycan dövlət başçısı İlham Əliyev 16-17 apreldə Moskvada idi.
O, Azərbaycanın ən önəmli «strateji kartları»ndan biri olan «təbii qaz kartı»nı Türkiyəyə və Qərbə qarşı oynaya biləcəyini nümayiş etdirdi. Rusiya dövlət başçısı Dmitri Medvedyev ilə 17 apreldəki müştərək mətbuat konfransında Azərbaycan təbii qazının Rusiyaya satılmasında «hər hansı bir məhdudiyyət görmədiyini» açıqladı.

Mütəxəssislər Əliyevin bu açıqlamasını ildə 14-16 milyard kubmetr qaz istehsal edə biləcək olan Şahdəniz-2 yatağından çıxacaq olan qazın Rusiyaya verə biləcəyi şəklində şərh edirlər. Əliyev, Bakı-Novorossiysk xəttinə verilən azəri neftinin miqdarının da artırıla biləcəyini dedi.
İlham Əliyevin Moskvaya səfəri ərəfəsində Azərbaycandan müxtəlif şərhçilər və strategiya mütəxəssisləri Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşma təşəbbüslərinin Bakının mənafeyini nəzərə almaması durumunda İlham Əliyevin bölgənin (yəni, Cənubi Qafqazın) «mövcud geopolitik və iqtisadi tarazlıqlarını havaya uçuracaq olan» addımlar ata biləcəyini deyirdilər.

Azərbaycanı narahat edən məsələ - Türkiyənin Ermənistana tətbiq etdiyi «iqtisadi embarqo»nu qaldırma ehtimalıdır. Yəni, 1993-cü ildən bəri bağlı tutulan Türkiyə-Ermənistan quru yolu sərhədinin açılması. Necə ki, İlham Əliyev Azərbaycan Milli Təhlükəsizlik Şurasının iclasındakı çıxışında «Bölgədə ehtimal olunan geosiyasi dəyişiklikləri izləyirik və lazımi tədbirləri görəcəyik. Bölgədəki yeni vəziyyətlə bağlı olaraq öz siyasətimizi müəyyənləşdirmək bizim də haqqımızdır və bu haqdan istifadə edəcəyik»-, demişdi.

İlham Əliyevin «blef» etmədiyinə diqqəti cəlb edən Bakıdakı siyasi müşahidəçi Rasim Musabəyov, Bakının bir «radikal dönüş edə biləcəyini» və ABŞ prezidenti Obamanın Abdullah Gül ilə görüşdüyü vaxtda Əliyevin Rusiya dövlət başçısı Medvedevə zəng etməsi təsadüfi deyildir»-,demişdi. Bu şərh «Turan» xəbər agentliyi tərəfindən 7 apreldə verilmişdi.

Yenə «Turan» agentliyi Əliyev-Medvedev görüşündən sonra Azərbaycan prezidentinin xarici siyasət şöbəsindən Novruz Məmmədovun «Rusiya və İrana qaz satmağın Qərbin dəstəklədiyi «Nabucco» layihəsinə alternativ olacağına» dair sözlərini də vermişdi. Məmmədov, «Nabucco»dan mənafeyi olan ölkələr hərəkət etməsələr, Azərbaycanın öz mənafeyini düşünməkdən başqa variantı qalmayacaqdır»- demişdi.

Bütün bunlara heç kimin etirazı ola bilməz. Əlbəttə, Azərbaycan bu məsələlərə öz «milli mənafeyi» nöqteyi-nəzərindən baxacaqdır.

O halda «Bir millət-iki dövlət» şüarının mənası nədir? Azərbaycanı idarə edənlərə görə, Azərbaycanın milli mənafeyi Türkiyənin milli mənafeyinə eyni şəkildə uyğun gəlmirsə, Türkiyənin də özünün milli mənafeyi olduğunu, ancaq bunların mütləq Azərbaycanın mənafeyinə tabe olmasının gərəkliliyi fikrini müdafiə edə bilərikmi?

Ona qalsa, Türkiyə həmişə Azərbaycanın mənafeyini qorumuş, hətta öz əleyhinə olanda, zidd olanda belə, öz mənafeyini Azərbaycanın mənafeyi ilə ahəngdar vəziyyətə gətirmişdir. Abdullah Gül, 6 sentyabr 2008-ci ildə Yerevana gedəndən sonra Bakıya getmişdir. Tayyip Ərdoğanın neçə dəfə Bakıya getdiyini, İlham Əliyevin neçə dəfə Türkiyəyə gəldiyinin hesabını apara bilməzsiniz. Yəni, Azərbaycan rəhbərliyinin Türkiyə-Ermənistan yaxınlaşmasına dair bilmədiyi və Bakıya sürpriz olacaq heç nə yoxdur.
Elə isə nə olmuşdur?

Olan iş - Rusiyanın Azərbaycan üzərindən dövriyyəyə girməsi, Azərbaycanın da Rusiya ilə rəqs etməyə qərar verərək Ermənistanla münasibətlərində məsafə qət etmək istəməsidir.
Ola bilər. Ancaq bu, Türkiyəni Azərbaycana qarşı səhv iş gördüyünə dair mövqeyə yerləşdirməz. Azərbaycanın Türkiyəyə qarşı çox gözəl səhv etdiyindən söhbət aça bilərik.

İlham Əliyevin «Azərbaycan təbii qazını Rusiyaya yönəltməsinin əvəzində Moskvanın işğal altındakı Azərbaycan torpaqlarını boşaltması üçün ermənilərə təzyiq göstərməsinə» nail olmaq istədiyi, «Rusiya ilə yaxınlaşmasının» rasional səbəbinin bu olduğu irəli sürülür.
Ancaq onun bu məqsədinə Moskvada çatdığı şübhəlidir. Rusca «Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov «Rusiya Qarabağda bütünlüklə öz nəzarətində olan bir çözüm istəyir. Başqa sözlə desək, savaş bölgəsinə öz əsgərlərindən ibarət olan bir sülhməramlı qüvvə yerləşdirmək tərəfdarıdır. Bunu qəbul etməyə nə Azərbaycan və hətta nə də Ermənistan hazırdır».

Bir çox dövlət başçısına müşavirlik etmiş Vəfa Quluzadəyə görə Qarabağın son statusu üzərində razılıq əldə edilməyənə qədər bu məsələdə irəliləyiş əldə edilməsi çox çətindir.
7 mayda Praqada İlham Əliyev-Serj Sarkisyan görüşü var. Azərbaycan və Ermənistan liderləri bir ildə üçüncü dəfə bir araya gələcəklər. Baxaq-görək, o tarixdən sonra proseslər necə və hansı istiqamətə doğru gedəcək?

«Təqvim» və baş verəcək hadisələri panika yaratmadan və yaxşı izləməkdə fayda var.
Azərbaycan məsələsi ilə bağlı olaraq Türkiyəni yersiz və haqsız təzyiq altına almağın heç bir faydası yoxdur.
XS
SM
MD
LG