Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:05

İranın mətbuat tarixində misli görünməmiş hadisə


Nümayişçilər “Nedaye-Azərabadeqan” qəzetini başları üstünə qaldırıb. Təbriz may 2006-cı il.
Nümayişçilər “Nedaye-Azərabadeqan” qəzetini başları üstünə qaldırıb. Təbriz may 2006-cı il.

İranın Şərqi Azərbaycan vilayətinin mətbuat məhkəməsi iyun ayının 7-dən bəri nəzarət altında olan “Nedaye-Azərabadeqan” qəzetinin baş redaktoru yazıçı Əbülfəz Vüsalini 6 ay azadlıqdan məhrum edib. Məhkəmə eyni zamanda qəzetin həmişəlik bağlanmasına dair hökm çıxarıb.


İRNA xəbər agentliyinə müsahibə verən baş redaktor Əbülfəz Vüsali məhkəmənin bu qərarını İran mətbuat tarixində misli görünməmiş bir hərəkət kimi qiymətləndirib. O, bildirib ki, “Nedaye-Azərabadeqan” qəzetini bağlanmaq üçün onun lisenziyasını ləğv etmək kifayət edərdi. Amma hazırda qəzetin redaksiyası möhürlənib və əmlakı müsadirə edilib. Məhkəmənin hökmünü ədalətsiz adlandıran yazıçı fürsət əldə etdiyi təqdirdə bu qərara qanuni yolla etiraz edəcəyini bildirib. O, qeyd edib ki, yalnız jurnalist kimi peşə borcunu yerinə yetirdiyinə görə cəzalandırılıb. Əbülfəz Vüsali eyni zamanda yerli mətbuat orqanları və yazıçıların bu ədalətsizliyə göz yummasından təəssüfləndiyini deyib.


“Nedaye-Azərabadeqan” qəzeti karikatura qalmaqalında “fars şovinizminə ölüm”, “Haray, haray mən türkəm” başlıqları altında məqalələr və azərbaycanlı universitet tələbələrinin bəyanatını dərc etdikdən dərhal sonra bağlanıb.


XS
SM
MD
LG