Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:45

ADNA-dakı qətliamın ildönümü qeyd olundu


Anım mərasimi, 30 aprel 2011
Anım mərasimi, 30 aprel 2011
Aprelin 30-da ADNA qətliamının ikinci ildönümü zamanı bir nəfər saxlanıb.

Gənc fəallardan Amil Kərimovu Cəfər Cabbarlının heykəli yaxınlığında polis saxlayıb.

Bu barədə gənc fəallardan Əli Əliyev məlumat verib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə AzadlıqRadiosuna bildirib ki, bölmədə A. Kərimov barəsində xırda xuliqanlıq maddəsi ilə protokol tərtib olunub. İzahat alınandan sonra o, sərbəst buraxılıb.

30 aprel qətliamının ikinci ildönümü yad edildi
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00
Direct-ə keçid


Bir qrup müxalifyönlü gənc də ADNA qətliamında öldürülənləri yad edib.

AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı 2 il əvvəl öldürülənlərin hökumət səviyyəsində anılmamasını pisləyib.

«Gül bayramını qeyd edirlər, ancaq günahsız ölən gəncləri hökumət səviyyəsində qeyd edən olmadı» - deyə o, bildirib.

Kənardan anım mərasimini izləyən polis müdaxilə etməyib.

***
Polis əynində «30 Aprel - unudulmaz dəhlizlərdə canlar getdi», «30 aprel ADNA terror» yazısı olan bir nəfər məktəblini ərazidən uzaqlaşdırıb.

Hazırda anım mərasimi davam edir.

***
ADNA-nın yaxınlığındakı Şəmsi Bədəlbəyli küçəsində hərəkət yoxdur.

Dünəndən ərazidə səkilərin təmirinə başlanıb, bu gün səhərdən isə ağaclar kəsilərək, yolu bağlayıb.

Anım mərasimində iştirak edən deputat Fuad Muradov bildirib ki, bütün dünyada belə hadisələri cəmiyyəti sarsıtmaq, qorxutmaq, onu başqa bir yola aparmaq üçün həyata keçirirlər:

«Belə hadisələrin baş verməməsi üçün ayıq olmalıyıq. Cəmiyyət belə hadisələrə nə qədər həssas olsa, təbii ki, bu, baş verməyəcək».

***
Hazırda metronun «28 May» stansiyası ətrafında mülkigeyimli və polislərin sayı artır.

Müxbirimiz içində polislər görünən 6 avtobusu müşahidə edib.

***

Aprelin 30-da bir qrup gənc Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən qətliamın ikinci ildönümü ilə əlaqədar anım mərasiminə qatılıb. Onlar Akademiyanın pilləkənlərinə gül düzüblər.

Saat 11:00-də keçirilən anım mərasimi polis müdaxiləsi olmadan keçib.

Hazırda ADNA yaxınlığında bir qrup mülkigeyimli şəxs və polisləri gətirən avtobus dayanıb.

Saat 14:00-da müxalifyönlü gənclər təşkilatlarının da ADNA qarşısında anım mərasimi gözlənilir.

İstintaq materiallarına əsasən, 2009-cu il aprelin 30-da Gürcüstan vətəndaşı Fərda Qədirov səhər saat 9:30 radələrində Dövlət Neft Akademiyasının 2-ci tədris binasına daxil olaraq qarşısına çıxanları güllələyib. 12 nəfəri öldürüb, 15 nəfəri yaralayan Fərda Qədirov daha sonra baş nahiyəsinə atəş açaraq özünə qəsd edib.

Məhkəmə bu cinayət işində adları keçən Nadir Əliyev, Cavidan AmirovNəcəf Süleymanovu ömürlük, Ariz Qabulovu isə 11 il müddətinə azadlıqdan məhrum edib.

Həmin 4 nəfərin apelyasiya məhkəməsi davam edir.
XS
SM
MD
LG