Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:32

«Şeytanların şeytanı»


Xameneyinin bəyanatından sonra iki Britaniya diplomatı İrandan çıxarılıb
Xameneyinin bəyanatından sonra iki Britaniya diplomatı İrandan çıxarılıb
İranın Ali Dini rəhbəri Ayətulla Xameneyi deyib ki, ölkədəki etirazlar xaricilərin işidir, «şeytanların şeytanı isə Britaniya hökumətidir». Onun bu sözündən sonra iki Britaniya diplomatı İrandan çıxarılıb.

«Wall Street Journal» yazır ki, İran rejimi etirazları qızışdırmaqda xarici günahlandırır. Ancaq nümayişlər qızışsaydı, Allah bilir, rejimin axırı necə olacaqdı.

İrandan son xəbərlər
İnqilabi Qvardiyadan nümayişə qarşı böyük zorakılıq tələb eləmək risklidir. Məsələn, prezidentliyə islahatçı namizəd Möhsün Rzai uzun müddət İnqilabi Qvardiyanın komandanı olub və orda böyük nüfuzu var. Xalqa qarşı ordunu göndərmək də risklidir, çünki generalların molla rejiminə nə qədər sadiq olması bilinmir.

Xameneyi təkrar seçkiyə razı olmamaqla, Musəvini prezidentlikdən qıraqda saxladı. Ancaq qarşı qrupun da öz kartları var. Musəvi tərəfdə olan keçmiş prezident Rəfsancani Ekspertlər Şurasının sədridir. Ölkənin Ali Liderini bu Şura seçir.

«Wall Street Journal» yazır ki, bəzi məlumatlara görə, Rəfsancani Şura üzvləri ilə danışıqlar aparır ki, Xameneyini Ali Liderlikdən uzaqlaşdırsın, heç olmasa, təkrar seçkiyə icazə verməyə məcbur eləsin. Şuranın 86 üzvü var.

Bəziləri bunu real hesab etmir, ancaq Rəfsancaninin qızı etirazlarda iştirak etdiyinə görə həbs olunmuşdu, bundan sonra gərək Rəfsancani vəzifəsindən uzaqlaşdırılaydı. Ancaq əksinə, onun qızını həbsdə çox saxlaya bilmədilər və buraxdılar.
XS
SM
MD
LG