Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:51

Musavi dinc etirazların davamına çağırır



Musavi internet saytında yaydığı bəyanatda təhlükəyə baxmayaraq İran xalqının hüquqları uğrunda mübarizəni davam etdirəcəyini deyir.

İrandan son xəbərlər
Müxalifət iyunun 12-də keçirilmiş prezident seçkilərinin saxtalaşdırıldığını təkid edir.

Həmin gündən bu yana ölkədə polislə nümayişçilər arasında baş vermiş toqquşmalarda azı 17 adam ölüb.

Müxalifət yüzlərlə islahatçı fəal və siyasi xadimin həbs olunduğunu deyir.

Musavinin özü təkcə dünən onunla görüşdən sonra xeyli universitet müəlliminin həbs olunduğunu deyir.

Bəzi məlumatlarda onların 70 nəfər olduğu bildirilir.

Amma bu məlumat hələlik müstəqil və rəsmi mənbələr tərəfindən təstiqlənməyib.

Hakimiyyət prezident seçkilərində Mahmud Əhmədinejadın qalib gəldiyini deyir.

hadisələrin xronologiyası
XS
SM
MD
LG