Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:52

Azərbaycan səfirliyi qarşısında etiraz


Londonda aksiya, 2 sentyabr 2009
Londonda aksiya, 2 sentyabr 2009
«Adnanla Eminə azadlıq!». Bu şüar bu dəfə Bakıda yox, Londonda səslənib. Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin qarşısında aksiya keçirən «Azərbaycanın dostları» təşkilatı gənc fəalların həbsinə etiraz ediblər.

Aksiya iştirakçısı Vüsal Həmzəyevin AzadlıqRadiosuna verdiyi məlumata görə, onlar Adnan Hacızadə və Emin Millinin həbsiylə bağlı məlumatların yazıldığı vərəqləri yerli əhaliyə paylayıblar. Aksiyanın qətnaməsi isə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə təqdim olunacaq.

«Azərbaycanın dostları» təşkilatında bir qrup azərbaycanlı və britaniyalı birləşib.

Bu il iyunun 8-də gənc fəallar Emin Milli və Adnan Hacızadə «Livan» restoranında baş verən münaqişədən sonra həbs olunublar.

Gənclər Cinayət Məcəlləsinin xuliqanlıq və bədənə az ağır bədən xəsarəti yetirmə maddələrilə ittiham olunurlar. İrəli sürülən ittihamlar üzrə məhkəmə prosesi sentyabrın 4-ə təyin olunub.
XS
SM
MD
LG