Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:11

«Bloqqerlər azad olunsun»


Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini gənc bloqqerləri həbsdən buraxmağa çağırır
Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini gənc bloqqerləri həbsdən buraxmağa çağırır
Nyu-Yorkda yerləşən Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini gənc bloqqerləri həbsdən buraxmağa çağırır. Təşkilatın yaydığı bəyanatda belə deyilir.

Qurumun Avropa və Orta Asiya Proqramının koordinatoru Nina Oqnianova deyir ki, «polisin dava-dalaşla tələ qurması Azərbaycanda tənqidi jurnalist və yazıçıları susdurmaq alətinə çevrilib».

JMK qeyd edir ki, iyulda həbs olunmamışdan bir neçə həftə əvvəl Milli və Hacızadə İnternetdə hökumətin siyasətini, sosial məsələləri tənqid edən satirik videolar yayıblar. Yerli sakinlərin fikirlərini də soruşublar, Youtube, Facebook, Twitterdə bütün bunları yayıblar.

JMK-nın bəyanatında deyilir ki, sentyabrın əvvəlindən, məhkəmə prosesi başlayandan, prosesdə ziddiyyətli ifadələr səslənib. Zərərçəkmişlər döyülmə səhnələriylə bağlı fərqli ifadələr veriblər.

Noyabrın 11-də bloqqerlər Emin Milli və Adnan Hacızadəyə 2 il yarım və 2 il iş kəsilib.

MÖVZUYA MÜNASİBƏTİNİZİ FORUMDA BİLDİRƏ BİLƏRSİNİZ
XS
SM
MD
LG