Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:32

İran neftin qiymətini 300 dollara qaldıra bilər


İranın Xəzərdə ilk neft platformu
İranın Xəzərdə ilk neft platformu
Amerikanın dəniz piyadalarının keçmiş komandiri Timithy Geraghty «Wall Street Journal»da yazır: «Mən 1983-cü ildə Beyrutda bu taktikanı görmüşəm - İranın İnqilabi Qvardiyasının silahlandırdığı «Hizbollah» hücuma keçdi.

YÜZLƏRLƏ TON SİLAH

2009-cu il noyabrın 4-də İsrail kommandosu Antiqua bayrağı altında üzən gəmini saxladı. İsrail sahillərinin cəmi 100 km-liyində saxlanan gəmidən yüzlərlə ton silah çıxdı. Bu silah «Hizbollah»a gedirdi.

2006-cı ildən bəri İran «Hizbollah»a 40 min iri və xırda raket verib. Əgər İran hücuma keçsə, bu raketlər İsrailin və regiondakı Amerika hərbi bazalarının və hətta ola bilsin, Avropa şəhərlərinin üstə yağacaq.

Maraqlıdır ki, silah dolu gəmi müsadirə olunanda «Hizbollah» Tel-Əvivi vura bilən raketin sınağını keçirdi.

İran hücuma keçə, körfəzin bütün neft daşınmasını sıradan çıxarda bilər. Bununla da neftin bir barrelinin qiymətini 300 dollara qaldıra bilər.

İRAN BUNDAN DA BÖYÜK VƏLVƏLƏ YARADA BİLƏR

İran bundan da böyük vəlvələ yarada bilər. İran Səudiyyə Ərəbistanının neft zavodlarına zərbə endirə bilər.

İran dəniz hərbi blokadasını isə Sovet dövründən qalma SS-N-22 raketləri ilə yara bilər.

İranın İnqilabi Qvardiyasının Qüds Qüvvələrinin 1983-cü ildəki komandanı və o vaxtki hücumların operativ rəhbəri general Əhməd Vahidi idi. 1983-cü ildə Fransa Sülhü Mühafizə qüvvələrinin 241 əsgərinin ölümünə gətirən hücumun təşkilinə görə general Vahidini «İnterpol» axtarır.

2009-cu ilin avqustunda «İnterpol»un axtardığı general Vahidi İranın Müdafiə naziri təyin olundu.

Beyrutdakı hücumun təşkilatçıları indi əsas məqsədə - atom bombası düzəltməyə doğru addımlayırlar».

İNTERNET TƏKLİKDƏ İRANDA SİYASİ DƏYİŞİKLİK YARADA BİLMƏZ

Britaniyanın «Guardian» qəzeti isə yazır ki, «İran rejimi beynəlxalq jurnalistləri geri qaytara bilər, ancaq YouTube, Facebook, Twitterlə axan informasiyanın qarşısını ala bilmir.

Bununla belə, kiber utopistlərin düşündüyünün əksinə olaraq, internet təklikdə İranda siyasi dəyişiklik yarada bilməz».
XS
SM
MD
LG