Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:50

Uduzan liderlərdir, inqilabın özü isə yaşayır


Yuşşenko və Timoşenko, 16 oktyabr 2007
Yuşşenko və Timoşenko, 16 oktyabr 2007
NARINCI İNQİLAB UDUZDUMU?

Britaniyanın «Guardian» qəzeti yazır ki, inqilabın iki lideri – prezident Yuşenko və baş nazir Timoşenko seçkiləri uduzdu. Ancaq belə demokratik seçkinin özü göstərdi ki, «Narıncı inqilab» yaşayır.

Demokratiya və Avropaya inteqrasiya uduzdumu? «Guardian» yazır ki, yox. Bu ideyalara həyat verə bilməyənlər uduzdu.

Qəzetin fikrincə, uduzanlar siyasi liderlərdir. Demokratikləşmə prosesi uddu.

YANUKOVİÇ İNQİLABIN VERDİYİNİ ALA BİLMƏZ

Niyə hər hansı bir post-sovet ölkəsində inqilab liderləri uduzanda bunu demokratikləşmə prosesinə təhlükə kimi qarşılayırlar, Ukraynaya gələndə bu belə olmur?

Bakıdakı Milli və Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktoru Leyla Əliyeva Azadlıq Radiosunun Xəbərlər Şöbəsinə deyir:

«Ukraynada demokratikləşmə prosesini geri döndərmək çətindir. Çünki son 20 ildə başqa post-sovet ölkələrindən fərqli olaraq Ukraynada vətəndaş haqlarında geriləmə olmayıb. İndi bunu geri döndərmək istəsələr, bu, çətin olacaq.
Yanukoviç və Yuşşenko, 27 iyul 2006
Yanukoviç inqilabın nailiyyətlərini ləğv etmək iqtidarında olmayacaq».

KASIB VƏ DEMOKRATİYA

Seçkilər haqda çox fərqli fikri «Moscow Times» qəzeti yazıb. Qəzet yazır ki, kasıblar hücum edib Bastiliyanı ala bilər, çarı devirə bilər, «Narıncı inqilab» edə bilər. Ancaq dinc demokratik seçkiyə gələndə məsuliyyətli seçim etməyə bilər.

Qəzet yazır ki, kasıb əhali seçəndə ya Venesuelada Çavesi seçir ya da Ukraynada Yanukoviçi. Eyni sözlər qəzetin fikrincə, 2000-ci ildə Putini seçməyə də aiddir.

Qəzetin fikrincə, demokratiya yaxşıdır. Kasıblıq pisdir. İkisi bir yerdə olanda seçim məsuliyyətsiz olur.

«Moscow Times»ın bu proqnozu görək özünü doğruldacaqmı?

«Daily Telegraf» qəzetinin fikrincə isə, Ukraynada seçkiləri geosiyasi baxımdan Kreml uddu.

Qəzet yazır ki, «Narıncı inqilab»dan sonra Avropa Birliyi passiv idi, NATO-ya üzvlük məsələsi öldü. Ona görə bu seçkilərlə Ukrayna Rusiyanın orbitinə qayıdır.

Qəzetin fikrincə, əslində məsələ artıq seçkilərə qədər həll olunmuşdu. Son mərhələyə qalan hər iki namizəd - Timoşenko və Yanukoviç Moskvanın patronajı altda olan adamlardır. Hətta bilinmir ki, onlardan hansı Moskvaya daha yaxındır.

Gia Nodia
Ukraynada seçkilərdən sonra diqqətin bir böyük hissəsi Gürcüstana yönəlib.

GÜRCÜSTAN BƏDBİNLƏŞİB

Tbilisi Dövlət Univesitetinin siyasətşünaslıq professoru Gia Nodia Azadlıq radiosuna deyir: «Viktor Yanukoviçin qələbəsi Gürcüstan üçün arzuolunmaz hadisədir. Ona görə yox ki, hər iki ölkədə rəngli inqilab olmuşdu, prezidentlər şəxsən dost idi. Ukrayna ilə Gürcüstanın bağlılığı simvolik yox, real əhəmiyyətli idi».

Gia Nodia deyir ki, Qərbə istiqamət götürmüş Gürcüstan üçün Ukrayna körpü idi. İndi bu körpü laxladı.

Professorun fikrincə, Ukraynada seçkinin bu nəticəsi Gürcüstan üçün itkidir, ancaq nə boyda itkidir, nə qədər dramatik itkidir, bunu zaman göstərəcək.

Nodianın fikrincə, yeni prezident Yanukoviçin siyasi orientasiyası Gürcüstana çox az optimizm verir:

«Ancaq optimizm var. Ukraynada seçkinin demokratikliyi göstərir ki, Ukrayna cəmiyyəti Avropaya daha çox meyillidir, nəinki Rusiyaya».
XS
SM
MD
LG