Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:26

«Yenə Binəqədi, yenə 20-ci sahə…»


Müsavat Partiyasının seçki ilində ilk aksiyası, 14 aprel 2010
Müsavat Partiyasının seçki ilində ilk aksiyası, 14 aprel 2010
Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının mayın 21-də keçirmək istədiyi mitinqinə icazə verməyib. Meriya mitinq üçün əvvəllər də təklif etdiyi şəhər mərkəzindən kənarda üç ərazini məsləhət görüb.

Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mehman Cavadoğlu deyib:

«Yenə əvvəlki kimi şəhərin kənarında – Binəqədidə idman meydançası, 20-ci sahədə idman meydançası, bir də Zığ şosesində meydança var – onları təklif ediblər. Və bildiriblər ki, təklif olunan yerlərdən hansında mitinq keçirmək istəsəniz bizə yazılı məlumat verin. Biz əvvəldən də bildirmişik ki, həmin yerlərdə mitinq keçirmək fikrimiz yoxdur. Şəhərin mərkəzi meydanlarında mitinq keçirməkdə israrlıyıq».

Müsavat Partiyası parlament seçkilərindən əvvəl ölkədə demokratik şərait yaradılması, seçki komissiyalarının paritet əsasda formalaşdırılması, korrupsiya, rüşvətxorluğa son qoyulması, mətbuata təzyiqlər dayandırması, həbsdə olan jurnalist Eynulla Fətullayev və 2 bloqqerin azadlığa buraxılması tələbi ilə mayın 21-də aksiya keçirmək istəyir.

Bundan əvvəl də meriya müxalifətin şəhər mərkəzində mitinq keçirməsinə icazə verməmişdi.
XS
SM
MD
LG