Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:24

Lena (Almaniya) Eurovision-2010 yarışının qalibidir


Eurovision-2010-un qalibi elan olunur
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00

Almaniyanı təmsil edən 19 yaşlı Lena Mayer-Landrut "Satellite" mahnısı ilə 24 ölkəni geridə qoyaraq birinci olur. Sayca 55-ci dəfə keçirilən bu Avropanın ən böyük mahnı müsabiqəsi gələn il qalibin vətənində, Almaniyada keçiriləcək. Azərbaycanlı Səfurə Əli

Eurovision-2010 yarışmasının səsvermə hissəsi Bakı vaxtilə saat 03.10-da başa çatdı.

246 xal toplayan Almaniyalı Lena yarışın qalibi oldu. 19 yaşlı müğənni artıq ilk dəqiqələrdən irəli çıxdı və artıq səsvermənin yarısında rəqiblərindən xeyli aralandı.


2-ci yerə 170 xalla Türkiyənin MaNga qrupu, 3-ü yerə isə 162 xalla Rumıniyanın Paila Seiling və Ovi dueti çıxdı

Azərbaycanı təmsil edən Səfurə Əlizadə 145 xalla yarışı 5-ci yerdə başa vurdu. (Bütün ölkələr üzrə son nəticələr yazının sonunda)

QALİB LENANIN İLK REAKSİYASI

Qələbəsi elan olunan Lena həyəcanla dedi:

- Bu o qədər böyük hadisədir ki, mənə yuxu kimi gəlir. Hamıya təşəkkür edirəm, heç vaxt düşünmürdüm ki, qalib gələcəyəm.

- Buyur, Lena, indi səhnə sənindir. - deyə aparıcı Lenanı səhnəyə dəvət edəndə qalib həyəcanını gizlətmədi.

- Necə, mən bir də oxumalıyam?!

AZƏRBAYCANA XAL VERƏN ÖLKƏLƏR:

Türkiyə, Bolqarıstan, Ukrayna və Malta - 12 xal,

Kipr - 10 xal.

Polşa, Rusiya və Gürcustan - 8 xal.

Moldova, Bosniya-Hersoqovina, İsrail, İspaniya və Norveç - 7 xal.

Belarus - 6 xal.

Rumıniya - 5 xal.

Makedoniya və İrlandiya - 3 xal.

Danimarka, Latviya və İsveçrə - 2 xal.

Yunanıstan 1 xal

AZƏRBAYCANDAN KİMƏ SƏS VERDİLƏR:

Türkiyəyə - 12 xal. Ukrayna - 10 xal. Gürcüstan - 8 xal.

Rumıniya - 7 xal. Moldova - 6 xal. İsrail - 5 xal.

Danimarka - 4 xal. Rusiya - 3 xal. Böyük Britaniya - 2 xal. Almaniya - 1 xal.

(BÜTÜN ÖLKƏLƏRİN NƏTİCƏLƏRİ İLƏ BURADA TANIŞ OL)

EUROVİSON-2010 MÜZAKİRƏLƏRİNƏ QATILMAQ ÜÇÜN BİZİM FORUMA DAXİL OL

VİDEO: Qələbədən dərhal sonra Lenanı ilk təbrik edənlər Norveç şahzadəsi Mette-Marit və Norveçin baş naziri Yens Stoltenberqdir.

XS
SM
MD
LG