Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:38

İsraildə saxlanılan Azərbaycan vətəndaşlarını qaytarmaq üçün danışıqlar gedir


«Mavi Mərmərə» adlı gəmidə 560 sərnişin olub
«Mavi Mərmərə» adlı gəmidə 560 sərnişin olub

ONLARA HEÇ BİR TƏZYİQ YOXDUR VƏ SƏHHƏTLƏRİ NORMALDIR


«İsrailə humanitar yardım aparan gəmilərdə doğrudan da iki Azərbaycan vətəndaşı olub, biz onların şəxsiyyətini müəyyənləşdirmə və vətənə qaytarılması istiqamətində iş aparırıq».

Bunu AzadlıqRadiosuna müsahibəsində Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov deyib. O bildirib ki, həmin şəxslər indi İsrail ərazisindədirlər və hüquq–mühafizə orqanlarının nəzarətindədir:

«Bizə verilən məlumata görə, həmin şəxslərə heç bir təzyiq yoxdur və səhhətləri normaldır».

Lent.az –ın məlumatına görə isə Fələstinin Qəzza zolağına 6 gəmidən ibarət «Azadlıq donanması» ilə humanitar yardım aparan və mayın 31-nə keçən gecə İsrail hərbçilərinin keçirdiyi əməliyyat nəticəsində həbs olunmuş iki nəfər Azərbaycan vətəndaşı İordaniyaya gətirilir. Bu barədə Azərbaycanın İordaniyadakı fövqəladə və səlahiyyətli səfiri Elman Araslı məlumat verib.

***

SAXLANANLAR ARASINDA 2 AZƏRBAYCAN VƏTƏNDAŞI DA VAR


İsrail Qəzza sektoru sahillərində tutduğu 120-dən çox Fələstinyönlü fəalı iyunun 2-də səhər saatlarında deportasıya edib.

12 müsəlman ölkəsindən olan 124 fəal bu səhər İordan çayını keçiblər. Bu müsəlman ölkələrinin əksəriyyəti ilə İsrailin diplomatik əlaqəsinin olmadığı bildirilir.

Bundan əvvəl İsrail hökuməti bildirib ki, saxlanılan 682 əcnəbinin hamısını 48 saat içində deportasiya etmək niyyətindədirlər.

İsrail Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlananlar arasında 2 Azərbaycan vətəndaşı da var.

Mayın 31-də Qəzzaya yardım aparan gəmi karvanına İsrail əsgərlərinin hücumu nəticəsində azı doqquz adam həlak olub, onlarla adam da yaralanıb.

MÖVZUNU BURADAN ŞƏRH EDİN
XS
SM
MD
LG