Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:58

Danimarkaya olar, Azərbaycana yox?


Milli Məclis sədrinin müavini Bahar Muradova
Milli Məclis sədrinin müavini Bahar Muradova
«Biz bu təklifi irəli sürəndə hamıdan dəstək gözləmirdik. Əsas odur ki, təklifimizi əksəriyyət dəstəkləyir».

Milli Məclis sədrinin müavini Bahar Muradova üzvü olduğu Yeni Azərbaycan Partiyasının Seçki Məcəlləsinə təklif etdiyi dəyişikliklərlə bağlı müxalifətin və beynəlxalq təşkilatların ortaya qoyduğu mövqeyə münasibətini «Media forum» saytına bildirərkən belə deyib.

BAHAR MURADOVA İRADLARI HƏQİQƏT HESAB ETMİR


Bahar Muradova beynəlxalq təşkilatların və müxalifətin iradlarını həqiqət kimi qəbul etmədiklərini vurğulayıb:

«Onlar hesab edir ki, biz Seçki Məcəlləsinə dəyişikliklər təklifi verməklə düz etməmişik. Bunu onların mövqeyi kimi qəbul edirik, amma həqiqət deyil. Çünki dünənə qədər Seçki Məcəlləsinin ən azı yarıdan çox maddəsinin dəyişdirilməsi istiqamətində cəhdləri dəstəkləyirdilər. Belə cəhdləri normal qəbul edirik, istənilən siyasi qüvvə bu və ya digər təklifi irəli sürə bilər. Amma əsas məsələ bu təkliflərin mövcud ictimai-siyasi reallığa uyğunlaşması, seçki prosesinin təkmilləşdirilməsinə, iştirakçıların qarşılaşdığı hansısa mexaniki məhdudiyyətlərin qaldırılmasına kömək etməsidir. Bu barədə düşünmək lazımdır. Məncə, Yeni Azərbaycan Partiyasının Seçki Məcəlləsinə təklif etdiyi dəyişikliklər Azərbaycanın ictimai-siyasi reallığına uyğundur».

DANİMARKAYA OLAR, AZƏRBAYCANA YOX?


Bahar Muradovanın fikrincə, beynəlxalq ictimaiyyət Azərbaycana münasibətdə ayrı-seçkilik nümayiş etdirir:

«Böyük Britaniyada seçki prosesinə bir ay, Danimarkada isə iki həftə sərf olunur. Lakin heç kimin ağlına da gəlmir ki, bu vaxtın az olduğunu, insanların seçim etmək hüququnun məhdudlaşdırıldığını, kimlərinsə fikrinin ictimaiyyətə çatdırılması haqqında danışsın. Azərbaycana gəldikdə, bu məsələyə fərqli yanaşılır».

YAP-ın hazırladığı layihə iyunun 9-da parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsindən keçib. Seçki kampaniyasının, o cümlədən seçki təbliğatının müddətini azaltmaq, qeydə alınan namizədlərə dövlətdən 200 manat vəsait ayrılması qaydasını ləğv etmək nəzərdə tutulur.

Sənəd iyunun 18-i Milli Məclisin plenar iclasında müzakirə ediləcək.
XS
SM
MD
LG