Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:31

Azərbaycan Qafqazdakı qonşularından geridədir


Tənzimləmə sahəsində nəzərə çarpan irəliləyişlərə baxmayaraq, iqtisadiyyatın çoxşaxəliliyinin təmin edilməsində ciddi problemlər qalır
Tənzimləmə sahəsində nəzərə çarpan irəliləyişlərə baxmayaraq, iqtisadiyyatın çoxşaxəliliyinin təmin edilməsində ciddi problemlər qalır
Azərbaycanın iqtisadi azadlıq indeksi 59.7 olub. Bu göstərici ilə Azərbaycanda 179 ölkə arasında 92-ci sırada qərarlaşır.

Bu barədə Heritage Foundation və «Wall Street Journal»ın yeni hesabatında qeyd edilir. Yanvarın 12-də yayılmış hesabata görə Azərbaycanın iqtisadi azadlıq indeksi keçən ilə baxanda 09. bal yuxarı olub. Bu da əsasən maliyyə azadlığı və korrupsiyadan sahəsində əldə edilmiş irəliləyişlərlə bağlıdır.

CƏNUBİ QAFQAZ ÖLKƏLƏRİNDƏ İQTİSADİ AZADLIQLARIN MÜQAYİSƏSİ

Hesabatda deyilir ki, Azərbaycan hökuməti iqtisadi azadlıqların təmin edilməsi sahəsində geniş islahatlar həyata keçirir. Dünya ticarətinə açılır, təxminən dünyanın orta göstəricilərinə yaxın vergi siyasəti yeridir. Bunlar ölkənin bazar iqtisadiyyatına keçidini şərtləndirir.

«Tənzimləmə sahəsində nəzərə çarpan irəliləyişlərə baxmayaraq, iqtisadiyyatın çoxşaxəliliyinin təmin edilməsində ciddi problemlər qalır. Bu sahədə daha dərin institusional və sistem islahatlarına ehtiyac var. Mülkiyyət hüquqlarının qorunması və korrupsiya ilə mübarizədə vəziyyət pis olaraq qalır. Hökumətin müdaxilələri xarici investisiyaların cəlb edilməsi və maliyyə sabitliyinə ciddi ziyan vurur», - deyə hesabatda vurğulanır.

İqtisadi azadlıqlar indeksinə görə, Azərbaycan Qafqazdakı qonşuları arasında çox böyük fərqlə hamıdan geridədir. Gürcüstan bu sahədə vəziyyətə görə 179 ölkə arasında 29-cu, Ermənistan isə 36-cı sırada qərar tutub.

Bir neçə ildir dalbadal siyahıya Honq-Konq başçılıq edir. Ondan sonra Sinqapur, Avstraliya kimi ölkələr gəlir.
XS
SM
MD
LG