Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:57

İranda müxalifətə qarşı "nifrət günü" (VİDEO)


Hökumətin müxalifətə "nifrət günü" aksiyası
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00
Direct-ə keçid

İranda hökumət öz tərəfdarlarını müxalifətə "nifrət günü" adı verdiyi mitinqə çağırıb. Minlər adam paytaxt Tehranın küçələrində müxalifət liderləri Mir Hossein Musavi və Mehdi Karrubinin edam olunmasını tələb ediblər. "Reuters" agentliyinin video kadrlar

Fevralın 18-də Tehranda – hökumətin təşkil etdiyi mitinqdə müxalifət liderləri Musəvi və Kərrubiyə ölüm çağırışları səslənib.

Cümə namazından sonra Tehranın İnqilab meydanına və başqa şəhərlərin mərkəzi meydanlarına minlərlə dindar və hökumət tərəfdarı toplaşıb.

Bu kütləvi aksiyaların – müxalifətin həftənin əvvəli keçirdiyi etirazlara cavab olduğunu güman etmək olar.

Məhz həmin etirazlardan sonra 200-dən artıq hakimiyyətyönlü deputat da müxalifət liderlərini asmağa çağırmışdı.

Hakmiyyət tərəfdarları fevralın 18-ni “nifrət günü” adlandırırlar

və bu ifadə - onların təbirincə “qiyamçı müxalifət liderlərinə ümumxalq nifrətinin nümayişidir”.

Dövlət televiziyasının göstərdiyi kadrlarda hökumət tərəfdarlarının əllərində ali dini lider Ayətullah Xamneyinin portretlərini görmək olar.

Mitinqçilər “Amerikaya ölüm” və “İsrailə ölüm” şüarları da səsləndiriblər.

Hakimiyyət tərəfdarları müxalifətçiləri Amerika və İsrailə işləyən casuslar adlandırırlar.

Dövlət televiziyası mitinqçilərlə müsahibələr yayımlayıb – onlar müxalifət liderləri Musəvi və Kərrubinin axır iki ildə İranda axıdılan qanlara görə günahkar olduqlarını deyiblər.

Tehranda hakimiyyət tərəfdarlarının mitinqi. 18 fevral 2011
Cümə namazı zamanı mühafizəkar ruhani, Mühafizlər Şurasının rəhbəri Ayətullah Əhməd Cənnəti müxalifət liderlərini öz evlərində tamamilə ətraf aləmdən təcrid etməyə çağırıb.

“Sözüm bu qiyamçı liderlərədir – sizin sonunuz çatıb. Bu insanları edam etmək çağırışları var. Amma onlar artıq bu həyatda yoxdurlar. Onlar artıq edam edilmiş sayılmalıdırlar. Çünki iflasa uğrayıblar. Onların cəmiyyətdəki nüfuzu sıfıra enib”.

Tehranda cümə namazını aparan Cənnəti hüquq-mühafizə orqanlarını çağırıb ki, müxalifət liderləri ev dustağı edilsinlər və onların telefonları və İnternetə çıxışları kəsilsin.

Musəvi və Kərrubi artıq bir neçə gündür ki, ev dustağıdırlar.

Ali dini lider Ayətulla Xamneyinin təmsilçiləri və məscidlərin axundları da Musəvi və Kərrubini cəzalandırmaq çağırışlarına qoşulublar.

Bazar ertəsi müxalifət və təhlükəsizlik qüvvələri arasında baş vermiş toqquşmalarda onlarla adam xəsarət almış, iki gənc isə öldürülmüşdü – 22 yaşlı Mohammad Mokhtari və 27 yaşlı Sane'e Jaleh.

Amma rəsmi media iddia edir ki, Jaleh nümayişçi yox, hökumətyönlü yarıhərbi qrup olan Bəsicin üzvü olub və onu etirazçılar öldürüb.

Müxalifətçilər isə hakimiyyəti “onların şəhidlərini özününküləşdirməkdə” suçlayıb.

Mirhüseyn Musəvi
Prokurorluq isə bəyan edib ki, hökumət əleyhinə etirazların arxasında dayananları tezliklə tapıb onlara qarşı ən sərt ölçü götürəcək.

Iran ədliyyə sisteminin rəhbəri Ayətulla Sadeq Larijani bu həftə deyib ki, Musəvi və Kərrubiyə qarşı tədbirlər görürlər.

Onun sözlərinə görə, onlar “İslam rəhmdilliyini” nəzərə almaqla yanaşı İslam Respublikasına xətər yetirə biləcək hərəkətlərə də dözməyəcəklər.

Hakimiyyətin belə sərt çağırışlarına cavab olaraq müxalifət öz tərəfdarlarını bazar günü – fevralın 20-də yenidən küçələrə çıxmağa çağırıb.
XS
SM
MD
LG